Həndbol üzrə XXV Azərbaycan çempionatına hazırlıq işləri yekunlaşmaq üzrədir

29.09.2017
737
Paylaş:

Azərbaycan  Həndbol  Federasiyasında  (AHF)  XXV  ölkə  çempionatına  hazırlıq  məsələləri  ilə  bağlı  tədbir  keçirilib.

Tədbirə  federasiya  nümayəndələri,  məşqçilər  və  idmançılar  qatılıb.

Çempionatla  bağlı  videoçarxın  nümayişindən  sonra  AHF-nin  birinci  vitse-prezidenti  Orxan  Abbasov  çıxış  edib.  O,  son  illər  idman  sahəsində,  xüsusilə  həndbolda  qazanılan  uğurlardan  söz  açaraq   qeyd  edib  ki,  əldə  olunan  uğurların  Prezident  İlham  Əliyevin  idmana  göstərdiyi  yüksək  diqqət  və  qayğının  nəticəsidir.  Vitse-prezident  həndbolsevərləri  maraqlı  çempionatın  gözlədiyini  deyib.  O,  çempionatın  açılış  mərasiminin  oktyabrın  7-də  keçiriləcəyini,  yarışların  mayın  əvvəllərinə  qədər  davam  edəcəyini  diqqətə  çatdırıb.  Vurğulayıb  ki,  oyunlar  təkcə  paytaxtda  deyil,  bölgələrdə  də  təşkil  olunacaq.  Əvvəlki  illərdən  fərqli  olaraq  yubiley  çempionatda  komanda  üzvləri  və  məşqçilərə  lisenziyalar  veriləcək.

AHF-nin  baş  katibi  Yusif  Atakişiyev  çıxışında  apelyasiya  komissiyası,  lisenziyalar  haqqında  məlumat  verib.  Qeyd  edib  ki,  dörd  dövrədən  ibarət  çempionatın  hər  dövrəsində  beş  oyun  olacaq.  Onun  sözlərinə  görə,  cari  ildəki  ölkə  birinciliyində  oyunların  sayı  əvvəlkilərə  nisbətən  artırılıb.  Eyni  zamanda,  həndbol  üzrə  Azərbaycan  kuboku  uğrunda  yarışlar  da   keçiriləcək.  Y.  Atakişiyev  bildirib  ki,  ölkə  kuboku  uğrunda  yarışlar  iki  mərhələdən  ibarət  olacaq.  Birinci  mərhələnin  dekabrda  başlanması,  ikinci  mərhələnin  isə  mart-aprel  aylarında  keçirilməsi  nəzərdə  tutulub.  Həmçinin  mayın  9-dan  12-dək  ulu  öndər  Heydər  Əliyevin  anadan  olmasının  95  illik  yubileyinə  həsr  olunan  həndbol  turnirinin  keçirilməsi  planlaşdırılır.  Turnirdə  Azərbaycan  komandaları  ilə  yanaşı,  digər  ölkə  klublarının  da  iştirakı  nəzərdə  tutulur.

AHF-nin  idman  şöbəsinin  rəhbəri  İsgəndər  Əsgərov  tədbir  iştirakçılarına   çempionatın  reqlamenti,  qaydalar,  oyun  cədvəli  haqqında  məlumat  verib,  sualları  cavablandırıb.

Sonda  yarışların  püşkü  atılıb.

Digər Xəbərlər

Həndbol üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub

1166 12.05.2023

Avropa çempionatı: SLO (Sloveniya) - LTU (Litva) 33:28

605 10.08.2023

Mingəçevirin “Nur” komandası EHF kuboku uğrunda yarışda ilk oyununu keçirib

851 17.09.2017

Yeniyetmə həndbolçular ölkə birinciliyində bacarıqlarını göstəriblər

949 24.04.2017

"Qarabağ" uğurlu seriyanı davam etdirir

895 23.10.2019

Milli komandamız beynəlxalq turnirdə növbəti qələbə qazanıb

873 13.04.2017

“Nur” komandasının Avrokubok oyunlarındakı hakimləri məlumdur

783 26.08.2017

"Azəryol"la Özbəkistan millisi finalda

27 31.08.2024