Mingəçevirin “Nur” komandası EHF kuboku uğrunda yarışda ilk oyununu keçirib

17.09.2017
2631
Paylaş:

Azərbaycanın  qadınlardan  ibarət  “Nur”  həndbol  komandası  Avropa  Həndbol  Federasiyası  (EHF)  kuboku  uğrunda  ilk  oyununu  keçirib.

Son  ölkə  çempionu  Mingəçevirdə  “Kür”  Olimpiya  Tədris-İdman  Mərkəzində  İsveçin  “Luqi  HK”  komandası  ilə  üz-üzə  gəlib.  Gərgin  və  maraqlı  idman  mübarizəsi  şəraitində  keçən  oyun  24:24  hesablı  heç-heçə  ilə  yekunlaşıb.

Matça  rəqib  komanda  üstün  başlayıb.  Lakin  təşəbbüsü  ələ  alan  Mingəçevir  təmsilçisi  hesab  arasındakı  fərqi  azaldıb.  Buna  baxmayaraq,  isveçli  həndbolçular  ilk  hissədə  minimal  hesabla  qalib  gəliblər  -  11:10.  Görüşün  ikinci  hissəsində  komandamız  əzmkar  oyun  nümayiş  etdirib.  “Nur”  kollektivi  qarşılaşmanın  ikinci  setində  güclü  rəqibini  14:13  hesabı  ilə  məğlub  etməyi  bacarıb.

Görüşü  ukraynalı  hakimlər  briqadası  -  Marina  Dupli  və  Olena  Kaverina  idarə  edib.  EHF  nümayəndəsi  isə  ruminiyalı  Horatu  Kristian  Belu  olub.

Komandalar  arasında  cavab  oyunu  sentyabrın  17-də  Mingəçevirdə  “Kür”  Olimpiya  Tədris-İdman  Mərkəzində  keçiriləcək.

Digər Xəbərlər

Ölkə çempionatı: X turun nəticələri

273 11.03.2026

Azərbaycan Həndbol Federasiyasının rəsmisi növbəti təyinat alıb

2233 17.01.2024

Avropa kuboku: Oxrid (Şimali Makedoniya) - Bakı (Azərbaycan) - 38:21 (23:9)

547 12.10.2025

5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür

258 05.03.2026

"Azəryol" və "Dinamo"dan növbəti qələbə

1592 15.02.2025

Həndbolçularımızın Krasnodar sınaqları davam edir

2870 08.02.2018

Bu gün Novruzun ikinci - Od çərşənbəsidir

1339 04.03.2025

Klublarımız Avropa kuboku turnirində iştirak edəcək

1735 10.07.2025