“Azəryol” beynəlxalq turnirin qalibi oldu

01.09.2024
1843
Paylaş:

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq həndbol turnirinə yekun vurulub.


Yarışın qalibi “Azəryol”la Özbəkistan milli komandasının oyununda müəyyənləşib. Gözlənildiyi kimi maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada “Azəryol”u favorit sayanlar yanılmayıblar. Fasiləyə iki topluq üstünlüklə yollanan həndbolçularımız ikinci hissədə də təşəbbüsü əldən verməyiblər. Özbəkistan millisinin bütün cəhdlərinə rəğmən üstünlüyü qoruyan “Azəryol” 32:29 hesablı qələbə ilə turnirin qalibi adını qazanıb.


Üçüncü yer uğrunda görüş də Azərbaycan təmsilçisinin qələbəsi ilə nəticələnib. Qazaxıstanın “Astana” kollektivi ilə oyunda daha inamlı oyun nümayiş etdirən “Qarabağ” 32:28 hesablı qələbə ilə mükafatçılar sırasında yer alıb. Astana (Qazaxıstan), Kür və “Alatau Arulary” (Qazaxıstan) müvafiq olaraq sonrakı yerlərdə qərarlaşıb.


Yarış başa çatdıqdan sonra Azərbaycan Həndbol Federasiyasının baş katibi Yusif Atakişiyev, Olimpiya çempionu Lüdmila Şubina və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Erkan Sağdıçın iştirakı ilə mükafatlandırma mərasimi keçirilib. Fərqlənən komandalara kubok, diplom və hədiyyələr, yarışın qalibi “Azəryol”a isə, həmçinin fəxri kubok təqdim olunub.

Digər Xəbərlər

“Bakı-2017”: Qadın həndbolçularımız finalın bir addımlığında

3055 13.05.2017

“Kür” rəqiblərini qabaqlayır

1687 22.01.2025

Həndbolçularımız Tbilisidə keçiriləcək mötəbər yarışa qatılacaqlar

2541 22.04.2021

İslamiada: Təsəlliverici görüşlərdə Azərbaycan və Pakistan komandaları qələbə qazanıb

2595 12.05.2017

Həndbol üzrə Azərbaycan çempionatına hazırlıqla bağlı müzakirələr aparılıb

2582 02.02.2017

AHF-nin iclası keçirilib

2719 12.09.2023

İslamiada: Azərbaycanın kişi həndbolçuları beşinci yeri tutublar

3027 12.05.2017

“Azəryol” “Qarabağ”la gərgin mübarizədən qalib ayrılıb

2646 25.11.2017