Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub.
“AHF Arena”da təşkil olunan final mərhələsində meydançaya əvvəlcə qadın həndbolçular çıxıblar. Gərgin və maraqlı mübarizəsi ilə yadda qalan “Azəryol” - “Qarabağ” görüşündə fasiləyə 7 xallıq üstünlüklə yollanan “Qarabağ” ikinci hissədə də 30:25 hesabı ilə qalib gələrək turnirin əsas mükafatına layiq görülüb.
Kişilərin həlledici oyununda isə “İdman Akademiyası” “Təhsil”lə qarşılaşıb. Ölkə çempionatında inamla liderlik edən “İdman Akademiyası” komandası kubok yarışında da etimadı doğruldub. Rəqibi 34:22 hesabı ilə məğlubiyyətə uğradan “İdman Akademiyası” Azərbaycan kubokuna sahib çıxıb.
Final oyunlarından sonra mükafatlandırma mərasimi olub. Qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan kuboku yarışlarının uğurla başa çatdığını vurğulayıb. İsgəndər Əsgərov finalda uduzan komandaların üzvlərinə ruhdan düşməməyi tövsiyə edib. Olimpiya çempionu Lüdmila Şubinanın da qatıldığı mükafatlandırma mərasimində idmançılara diplom, kubok və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Həndbol Federasiyası və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçıllığı ilə “AHF Arena”da keçirilən yarışda 7-si kişilərdən, 5-i qadınlardan ibarət olmaqla 12 komanda mübarizə aparıb.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
15 İyun - Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı səhifəsidir
1638
15.06.2025
İslamiada: Millimizin finaldakı rəqibi Türkiyə komandası olacaq
2578
13.05.2017
"Azəryol" "Challenge Cup” turnirində cavab oyununu keçirib
2575
19.11.2018
Azərbaycan çempionatında fasilə başa çatdı
3076
06.02.2020
Azərbaycan Həndbol Federasiyasının nümayəndələri Mingəçevirdə seminar keçiriblər
2722
09.03.2022
Milli komandamız Maltaya yollanır
2835
08.01.2019
Həndbol üzrə Azərbaycan çempionatında IV turun oyunları keçirilib
2924
03.04.2022
“Qarabağ” həndbol klubu “İdman Akademiyası” komandasını məğlub edib
3828
14.11.2018