Çimərlik həndbolu üzrə Azərbaycan çempionatına hazırlıqla bağlı tədbir keçirilib

29.07.2017
649
Paylaş:

Çimərlik  həndbolu  üzrə  Azərbaycan  çempionatına hazırlıq  davam  etdirilir.  Bununla  bağlı  keçirilən iclasda  Azərbaycan  Həndbol  Federasiyasının  (AHF)  nümayəndələri,  hakimlər  və  məşqçilər  iştirak  ediblər.

Tədbirdə  mövcud  klubların  gücləndirilməsi  və  yenilərinin  yaradılması  istiqamətində  ardıcıl  tədbirlərin  həyata  keçirildiyi  bildirilib.  Federasiyanın  yeni  rəhbərliyinin  səmərəli  fəaliyyəti  nəticəsində  klubların  xeyli  artdığı,  həndbol  ilə  mütəmadi  məşğul  olan  komandaların  sayının  10-a  çatdırıldığı  vurğulanıb.  Bildirilib  ki,  bütün  bu  işlər  federasiya  rəhbərliyinin  daim  diqqət  mərkəzindədir.  Həndbolun  inkişafı  istiqamətində  həyata  keçirilən  tədbirlər  artıq  öz  bəhrəsini  verir.  Təsadüfi  deyil  ki,  qadın  həndbolçulardan  ibarət  Azərbaycan  millisi  IV  İslam  Həmrəyliyi  Oyunlarının  qalibi  adına  layiq  görülən  ilk  komanda  olub.  Qazanılan  uğurlar  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  və  Birinci  vitse-prezident,  “Bakı-2017”  Təşkilat  Komitəsinin  sədri  Mehriban  Əliyevanın  idmana  diqqət  və  qayğısının  nəticəsidir.

İclasda  həmçinin  yaxın  vaxtlarda  nəzərdə  tutulan  çimərlik  həndbolu  üzrə  Azərbaycan  çempionatı  barədə  ətraflı  məlumatlar  səsləndirilib.  Yarışın  yüksək  səviyyədə  təşkil  olunması  üçün  konkret  tapşırıqlar  verilib.  Qeyd  olunub  ki,  ölkəmizdə  çimərlik  həndbolu  üzrə  Azərbaycan  çempionatı  ikinci  dəfədir  keçirilir.  Tədbirdə  əsas  məqsədin  çimərlik  həndbolunun  ölkəmizdə  kütləviliyini  təmin  etmək  olduğu  vurğulanıb.

İclasda,  həmçinin  çempionatın  avqustun  18-dən  20-dək  Bakı  Su  İdman  Sarayında  keçiriləcəyi  diqqətə  çatdırılıb.  Eyni  zamanda,  yarışın  təşkili,  oyun  cədvəli,  açılış  və  bağlanış  mərasimləri  barədə  məlumat  verilib.

Çempionata  qatılacaq  komandaların  adları  açıqlanıb.  Ümumilikdə,  qadınlardan  ibarət  6,    kişilərdən  ibarət  4  komandanın  mübarizə  aparacağı  bildirilib.

Sonra  yarışların  püşkü  atılıb,  çimərlik  həndbolundan  bəhs  edən  videoçarx  nümayiş  olunub.

Digər Xəbərlər

Təcrübəli referimiz yeni təyinat alıb

600 25.02.2018

17 yaşadək həndbolçu qızların Avropa çempionatında qrup mərhələsinin III turunun oyun cədvəli

417 07.08.2023

Kişi həndbolçuların Azərbaycan çempionatında l turdan sonra turnir cədvəli

288 15.11.2023

Həndbolçularımız İslam Həmrəyliyi oyunlarına hazırlaşırlar

675 09.02.2017

Bakıda keçirilən beynəlxalq turnirin qalibi müəyyənləşdi

775 10.05.2019

Həndbol komandalarımızın sonuncu təlim-məşq toplanışı başlanıb

722 20.04.2017

Avropa çempionatı: LTU (Litva) - FAR (Farer adaları) 32:27

410 13.08.2023

Qadın həndbolçuların Avrokubok turnirlərinin püşkatma mərasimi keçiriləcək

610 17.07.2017