Kişi həndbolçuların Azərbaycan çempionatında XVI turun oyunları keçirilib. Daha böyük maraqla gözlənilən görüşdə çempionatın lideri “Kür”lə onun ən yaxın izləyicisi “Azəryol” komandası üz-üzə gəlib. Mingəçevirdə keçirilən oyunu beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Qarşılaşmanın deleqatı isə Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub. Meydançaya favorit qismində çıxan “Kür” ilk dəqiqələrdən təşəbbüsü ələ almaqla hesabda irəli çıxmağı bacarıb. Hücumların daha dəqiq zərbələrlə sona çatdırılması və qapıçı Aleksandr Milenkoviçin seyvləri ev sahibinin üstünlüyə yiyələnməsi ilə nəticələnib. Qonaqlar oyunun gedişində fərqi 3 topa endirməyə nail olsalar da, hissənin sonluğunu daha inamlı keçirən “Kür” fasiləyə üstün yollanıb - 16:10.
Vidadi Əliyevin komandası ikinci hissədə vəziyyəti dəyişməyə çalışsa da rəqibin müqavimətini qırmaq mümkün olmayıb. Ayuba, Simiç, Lekoviç kimi həndbolçuların təşkil etdiyi hücumlar daha effektiv alınıb ki, bu da hesab arasındakı fərqin bir qədər də artmasına gətirib çıxarıb. Rəqibi əksər göstəricilərdə üstələyən Mingəçevir həndbolçuları oyuna nəzarəti sonadək əldən verməyiblər və maraqlı mübarizə ilə yadda qalan görüş 34:27 hesabı ilə başa çatıb. Bu qələbə ilə xal sayını 24-ə yüksəldən “Kür” zirvədəki mövqeyini qoruyub. “Azəryol” la “Bakı”nın hərəyə 20 xalı var. “Qarabağ” 16 xalla 4-cüdür. “Təhsil” 6, “Dinamo” ilə “İdman Akademiyası” hərəyə 3 xalla sonrakı pillələrdə qərarlaşıb.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Azərbaycan çempionatı: III turun növbəti oyunları
1962
28.09.2024
Final mərhələsində növbəti oyunlar olacaq
1334
28.03.2025
Hakimlərimiz finala təyinat alıblar
2725
24.04.2018
"Azəryol"la "Qarabağ"ın çempionluq mübarizəsi davam edir
2734
05.03.2020
Lider paytaxtda xal itirdi
2118
12.02.2024
Həndbol hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları Avropa Liqasının 1/4 final oyununa təyinat alıblar
2056
23.03.2024
Azərbaycan çempionu Avropa Kuboku turnirinə Macaristanda start verəcək
599
10.10.2025
Azərbaycan çempionatında pley-off mərhələsinə start verilib
2561
24.03.2018