Həftəsonu həndbol üzrə Azərbaycan çempionatlarında növbəti oyunlar keçiriləcək

11.04.2025
1401
Paylaş:

Aprelin 12-də final mərhələsinin I-IV yerlər uğrunda mübarizəsində 3 qarşılaşma olacaq. Saat 13:00-da “AHF Arena”nın meydançasına qadınlardan ibarət “İdman Akademiyası” və “Kür” komandaları çıxacaqlar. 


15:00-da keçiriləcək “Qarabağ” - “Azəryol” oyunu daha böyük maraqla gözlənilir. İlk iki pillədə qərarlaşan rəqiblərin görüşü  Azərbaycan Həndbol Federasiyasının rəsmi “Facebook” səhifəsində və “YouTube” kanalında canlı yayımlanacaq.


Saat 17:00-da isə kişilərin çempionatında “Bakı”-“Kür” matçının startı veriləcək. Liderlərin oyunu Azərbaycan Həndbol Federasiyasının rəsmi “Facebook” səhifəsində və “YouTube” kanalında canlı yayımlanacaq.    


Aprelin 13-də kişi həndbolçuların çempionatında daha 2 oyun keçiriləcək. Əvvəlcə  V-VI yerlər uğrunda mübarizə aparan “Dinamo” “Təhsil” lə qarşılaşacaq. “AHF Arena”da təşkil olunacaq görüş 12:00-da başlanacaq.


Saat 14:00-da isə  “Gənclər Birliyi” və “İdman Akademiyası”komandaları üz-üzə gələcək.


 

Digər Xəbərlər

Gürcüstan seçmə komandası Avropa çempionatına hazırlıq üçün Bakıya gəlib

2849 24.02.2017

U-18 millimiz Avropa çempionatına hazırlaşır

2070 23.07.2024

Azərbaycan Həndbol Federasiyasının ofis ünvanı dəyişib

2815 29.04.2017

Astana (Qazaxıstan) - Azərbaycan 31:28 (18:14)

2244 21.05.2024

“Azəryol”la “Bakı” çempionluğu rəsmiləşdirdi

2723 24.04.2022

Çempionluq yolunda əhəmiyyətli qarşılaşma

315 30.01.2026

Türkiyə həndbolçuları Azərbaycan yığmasına qalib gəliblər

2990 10.08.2022

Həndbol üzrə XXV Azərbaycan çempionatında 10 komanda mübarizə aparacaq

2812 07.10.2017