Həndbol komandalarımızın sonuncu təlim-məşq toplanışı başlanıb

20.04.2017
2567
Paylaş:

Kişi  və  qadınlardan  ibarət  milli  həndbol  komandalarımızın  növbəti  təlim–məşq  toplanışına  start  verilib.

“ABU  Arena”da  keçirilən  hazırlıq  prosesində  komandalar  gündə  iki  dəfə  bir  araya  gəlirlər.  Hər  komandanın  heyətində   əvəzedicilər  ilə  birlikdə  20  idmançı  var.  On  doqquz  gün  davam  edəcək  toplanış  seçim  xarakterlidir.  Məqsəd  mayda  start  götürəcək  IV  İslam  Həmrəyliyi  Oyunlarına  daha  güclü  komanda  formalaşdırmaqdır.

Həndbolçularımız  hazırlıq  çərçivəsində  Rusiyanın  “Rostov–Don”,  Ukraynanın  “Şaxtyor”  komandaları  ilə  yoxlama  oyunlarında  qüvvələrini  sınayacaqlar.

Mayın  5-də  yekunlaşacaq  təlim-məşq  toplanışı  IV  İslam  Həmrəyliyi  Oyunları  ərəfəsində  hazırlığın  son  mərhələsidir.

Digər Xəbərlər

Avropa Kuboku: “Azəryol” (Azərbaycan) – “Brixen” (İtaliya) 22:43

2659 20.10.2023

"Azəryol" "Challenge Cup” turnirində cavab oyununu keçirib

2601 19.11.2018

İnkişaf etməkdə olan ölkələrin çempionatı: Azərbaycan -Moldova 21:33 (8:14)

1391 11.03.2025

Avropadan Azərbaycana böyük etimad

1124 20.09.2025

Azərbaycan çempionatında təxirə salınmış oyunlar keçirilib

2575 22.05.2023

"Azəryol" çətin dueldən qalib ayrıldı

1396 19.04.2025

“Nur” və “Məhsul” klubları növbəti qələbələrini qazanıblar

2626 19.08.2017

Seçmə komandamız Rusiyada keçiriləcək beynəlxalq turnirdə çıxış edəcək

2781 08.04.2019