Kişi həndbolçuların Azərbaycan çempionatında təxirə salınmış oyunlar keçirilib.
IX turun “Dinamo” – “Təhsil” matçı daha gərgin mübarizə ilə yadda qalıb. Fasiləyə 1 xal fərqi ilə geridə yollanan “dinamoçular” çətinliklə də olsa vəziyyəti dəyişə biliblər – 33:32. Çempionatın lideri “İdman Akademiyası” növbəti qələbəni “Məhsul”la oyunda rəsmiləşdirib - 26:23. “Bakı” - U-16 görüşündə isə favorit statusunu təsdiqləyən nominal ev sahibi inamlı qələbə qazanıb – 49:21.
“Təhsil”lə “Dinamo”nun X turdakı dueli də gərgin və maraqlı mübarizə şəraitində keçib. Əsas vaxtı 29:29 hesabı ilə bitən görüşün taleyi penaltilər seriyasında müəyyənləşib. Burada isə daha dəqiq oynayan “Təhsil” IX turdakı məğlubiyyətin əvəzini çıxmağı bacarıb – 32:30. “İdman Akademiyası” bu turda “Məhsul”a 23:24 hesabı ilə məğlub olduğu halda, “Bakı” U-16 komandası üzərində 37:24 hesablı qələbə qazanıb.
İdman Akademiyası 57 xalla yarış cədvəlinə başçılıq edir. İkinci pillədəki “Dinamo” liderlə xal fərqini 5-ə endirib. “Təhsil”lə “Məhsul”un hərəyə 44 xalı var. “Bakı” 25 xalla 5-cidir. Aktivlərində cəmi 6 xal olan RİOEUGİM və “U-16” autsayderdir.
22.07.2026
22 İyul - Milli Mətbuat Günüdür
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
Azərbaycan çempionatında II turun növbəti oyunlarının nəticələri
2757
19.11.2023
. "Azəryol"dan növbəti böyükhesablı qələbə, "Kür" isə ilk qalibiyyətini əldə etdi
367
13.12.2025
"Qarabağ"dan növbəti qələbə
1642
27.02.2025
Azərbaycan çempionatı: I turun ilk oyun gününün nəticələri
1918
12.09.2024
Gənc həndbolçularımız Olimpiya festivalına hazırlaşırlar
2809
21.05.2019
Kişi həndbolçuların ölkə çempionatında II turdan sonra turnir cədvəli
378
15.12.2025
Hakimlərimiz finala təyinat alıblar
2795
24.04.2018
“Nur” növbəti qələbəsini qazanıb
2881
15.03.2018