“Qarabağ” çətin dueldən qələbə ilə ayrıldı

20.04.2024
1886
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatında XVII turun oyunları keçirilib. Turun maraqlı qarşılaşmalarından birində çempionluq uğrunda yarışan “Azəryol”la “Qarabağ” komandaları üz-üzə gəlib. Beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişinin idarə etdiyi oyunun deleqatı Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub. “AHF Arena”da keçirilən görüşün favoriti sayılan “Azəryol” meydançaya lider “Kür”lə iki xallıq fərqi aradan qaldırmaq niyyətində çıxmışdı. İlk dördlükdə qərarlaşan “Qarabağ” isə yarış cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq əzmində idi. Oyun gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. İlk hissədə bir neçə dəfə təşəbbüsə yiyələnməyə çalışan “Azəryol” üstünlüyü qorumağı bacarmayıb. Tezliklə toparlanan nominal ev sahibi xüsusilə gənc qapıçı Elşad Məmmədyarovun inamlı oyunu sayəsində geriliyi aradan qaldırıb – 18:18.


İkinci hissəyə daha fəal başlayan “Qarabağ” 4 xallıq üstünlüyə yiyələnsə də tədricən vəziyyəti dəyişən Vidadi Əliyevin komandası oyunda yenidən tarazlıq yaradıb. Ardınca xala-xal prinsipi ilə davam edən matçın sonluğu daha gərgin və dramatik mübarizə ilə yadda qalıb. Hər iki komandanın azarkeşlərini sevindirmək imkanı olsa da, fürsətlərdən lazımınca faydalanan “Qarabağ” görüşü 35:34 hesablı qələbə ilə başa vurub.

Digər Xəbərlər

Çempionluq mübarizəsi daha gərgin xarakter alıb

2116 22.04.2024

Ölkə birinciliyininə yekun vurulub

1705 09.06.2025

İnkişaf etməkdə olan ölkələrin çempionatı: Azərbaycan-Nigeriya 17:29 (8:9)

1476 12.03.2025

Azərbaycan çempionatında pley-off mərhələsinə start verilib

2573 24.03.2018

2024-cü il Avropa çempionatının təsnifat mərhələsi: Litva - Azərbaycan 41:26

2292 03.03.2024

Qadın həndbolçuların ölkə çempionatında 8-ci turun oyunları keçirilib

2643 08.12.2018

“Bakı-2017”: Həndbolçularımız İslamiadaya uğurla başlayıblar

2556 09.05.2017

“Bakı-2017”: Qadın həndbolçularımız inamla irəliləyirlər

2561 11.05.2017