Qadın həndbolçulardan ibarət komandalarımız Avropa kubokları uğrunda mübarizəyə qatılacaqlar.
Azərbaycan çempionu “Nur” Avropa Həndbol Federasiyası (EHF) kuboku, “Azəryol” isə “Challenge Cup” turnirində ölkəmizin şərəfini qoruyacaq. Yarışların püşkü iyulun 18-də Avstriyanın Vyana şəhərində atılacaq.
EHF kuboku turnirində 54 komanda qüvvəsini sınayacaq. Mingəçevirin “Nur” komandası mübarizəyə ilkin təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin oyunları sentyabrın 9-10-da, cavab oyunları bir həftə sonra olacaq.
Otuz dörd komandanın qatılacağı “Challenge Cup” turnirinin ilk qarşılaşmaları oktyabrın 14-15-də keçiriləcək. Komandalar cavab oyunlarına bir həftə sonra çıxacaqlar. “Azəryol” yarışın üçüncü təsnifat mərhələsindən bacarığını göstərəcək. Oyunlar noyabrın 11-12-də və 18-19-da keçiriləcək.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulub
791
20.09.2025
Beynəlxalq dərəcəli referimiz İtaliyada keçiriləcək yarışa dəvət alıb
2478
24.10.2018
Həndbol üzrə milli komandamızın rəqibləri müəyyənləşib
2914
15.10.2018
Bakıda beynəlxalq həndbol turniri davam edir
2633
11.05.2018
"Bakı" komandası mübarizəni dayandırıb
2991
14.10.2018
“Nur” yoxlama oyununda “Qarabağ”a qalib gəlib
2479
08.09.2017
“İdman Akademiyası” komandası Gürcüstana yola düşüb
3201
24.10.2018
U18 Avropa çempionatı: Azərbaycan - Belçika 16:40
1900
13.08.2024