"Azəryol" vahid liderliyə yiyələndi

11.12.2019
763
Paylaş:

Qadın  həndbolçuların  ölkə  çempionatında  8-ci  turun  oyunları  keçirilib.

Daha  böyük  maraqla  gözlənilən  “Azəryol”  –  “Qarabağ”  görüşü  gərgin  idman  mübarizəsi  ilə  yadda  qalıb.  Son  ölkə  çempionu  mövsümə  iddialı  başlayan  rəqiblə  oyuna  qələbə  üçün  çıxmışdı.  Yüksək  əzmkarlıq  nümayiş  etdirən  “Azəryol”  qarşıya  qoyulan  tapşırığı  yerinə  yetirib  –  31:26.

Günün  digər  qarşılaşmasında  isə  “Azərsu”  “İdman  Akademiyası”  komandasını  sınağa  çəkib.  Əksəriyyət  nominal  qonaqların  autsayder  üzərində  rahat  qələbə  çalacağını  gözləyirdi.  Amma,  kifayət  qədər  ciddi  müqavimət  göstərən  “tələbələr”  təcrübəli  rəqibə  asanlıqla  təslim  olmayıblar.  “Azərsu”  maraqlı  mübarizənin  sonunda  cəmi  4  xal  fərqi  ilə  qələbə  qazanıb  –  43:39.

Əsas  rəqibi  üzərində  qələbə  çalan  “Azəryol”  14  xalla,  çempionatın  artıq  vahid  lideridir.  “Qarabağ”  12  xalla  ikinci  pillədə  qərarlaşıb.  3-cü  yerdəki  “Azərsu”  xal  sayını  6-ya  yüksəldib.  “İdman  Akademiyası”  komandasının  hələ  də  xalı  yoxdur.

Çempionatın  9-cu  turunun  oyunları  dekabrın  18-də  keçiriləcək.  Həmin  gün  “Qarabağ”  “Azərsu”  ilə,  “Azəryol”  isə  “İdman  Akademiyası”  ilə  üz-üzə  gələcək.

Digər Xəbərlər

Liderlərdən növbəti qələbə

594 17.02.2018

Məşqçilərsiz qalan “Azəryol”dan əzmkar qələbə

127 16.03.2024

“Challenge Trophy” yarışının qalibi məlumdur

693 06.04.2018

Favoritlərin mübarizəsindən “Məhsul” qalib ayrıldı

932 10.02.2019

“Nur” komandası növbəti yoxlama oyununu da qələbə ilə bitirib

674 09.09.2017

Qadın həndbolçularımız beynəlxalq turnirdə daha bir qələbə qazanıblar

600 13.04.2017

Favoritlərdən növbəti qələbələr

808 10.03.2019

Bakıda həndbol üzrə seminar keçirilib

586 25.05.2022