Bakıda həndbol üzrə seminar keçirilib

25.05.2022
2582
Paylaş:

Mayın  25-də  Azərbaycan  Həndbol  Federasiyasının  hakim vəzifəsinə  namizədlərin  seçilməsi  üçün  təşkil  etdiyi  seminar  işə  başlayıb.

İki  gün  davam  edəcək  seminar  beynəlxalq  dərəcəli  hakimlərimiz  İsgəndər  Əsgərov,  Ələkbər  Ağakişiyev,  Vaqif  Əliyev  və  Ernest  Ağakişi  tərəfindən  aparılıb.

Seminar  iştirakçılarına  Beynəlxalq  Həndbol  Federasiyasının  “Oyun  Qaydaları”ndakı  son  dəyişikliklərlə  bağlı  məlumat  verilib  və  onları  maraqlandıran  suallar  cavablandırılıb.  Bununla  yanaşı,  çimərlik  həndbolu  ilə  tanışlıq,  həmin  idman  növünün  hazırkı  vəziyyəti  ilə  bağlı  fikir  mübadiləsi  aparılıb.  Seminar  zamanı  yeni  qaydalar  həm  nəzəri,  həm  də  praktiki  olaraq  iştirakçıların  diqqətinə  çatdırılıb.

Bədən  Tərbiyəsi  və  İdman  Akademiyasında  keçirilən   seminarda  30-a  yaxın  namizəd  iştirak  edib.

Sonda  seminar  iştirakçıları  onlar  üçün  hazırlanmış  test  imtahanında  iştirak  edəcəklər.  Seminarı  uğurla  başa  vuran  namizədlərə  AHF  tərəfindən   sertifikatlar  təqdim  olunacaq.

Qeyd  edək  ki,  yeni  qaydalar  daxili  yarışlarda  iyulun  22-dən  etibarən  tətbiq  ediləcək.

 

         

Digər Xəbərlər

“Azəryol” - “Ankara Yenimahalle BSK” görüşünün hakimləri açıqlandı

3031 05.11.2018

“Azəryol” və “Gənclər Birliyi” turu qələbə ilə başa vurub

1438 18.02.2025

Kişi həndbolçuların ölkə çempionatında XII turdan sonra turnir cədvəli

140 28.04.2026

Bugünkü oyunların nəticələri

1682 06.11.2024

Sergey Kambur “Azəryol” un baş məşqçisi təyin edilib

357 07.01.2026

Tanınmış həndbol mütəxəssisi dünyasını dəyişib

2659 02.11.2022

Azərbaycan çempionatlarında növbəti turun mənzərəsi

1434 17.04.2025

Həndbolçular növbəti Azərbaycan çempionatına hazırlığa start veriblər

2592 19.07.2017