Qadın həndbolçuların Azərbaycan çempionatında 14-cü tura start verilib. Turun açılış matçında lider “Qarabağ”la mükafatlara iddialı “Azəryol” üz-üzə gəlib. Beynəlxalq dərəcəli referilər Ələkbər Ağakişiyevlə Vaqif Əliyevin idarə etdiyi oyunun deleqatı (Avropa Həndbol Federasiyasının nümayəndəsi) İsgəndər Əsgərov olub. “AHF Arena”da keçirilən qarşılaşma gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Bu oyunda əksəriyyət nominal ev sahibinin qələbəsinə inanırdı. Amma, qonaqların da uğurlu nəticəsinə ümid bəsləyənlərin sayı az deyildi. Hər iki komandanın ifasındakı əzmkar oyun elə ilk dəqiqələrdən matçın gərgin alınacağından xəbər verirdi. Bu cür düşünənlər yanılmayıblar. Xala xal prinsipi ilə davam edən qarşılaşmanın fasiləsinə “Azəryol” 1 xal fərqi ilə üstün yollanıb - 15:14. Oyunun ikinci hissəsi daha gərgin anlarla yadda qalıb. Əvvəlcə hakimin qərarlarına sistematik etirazlara görə “Azəryol”un baş məşqçisi Aleksandr Revva qırmızı vərəqə ilə cəzalandırılıb. Ardınca qonaqların oyunçusu Elnarə İbrahimova komandasını azlıqda qoyub. Bu azmış kimi, komandanın köməkçi məşqçisi Yelena Namaliyevaya da etirazlara görə qırmızı vərəqə göstərilib. Bununla belə ruhdan düşməyən “Azəryol” yüksək əzmkarlıq sayəsində matçı qələbə ilə bitirməyi bacarıb - 27:25.
Xalların sayını 17-yə çatdıran “Azəryol” eyni xala malik “Kür”lə 2-ci, 3-cü yeri bölüşür. Xal itkisinə baxmayaraq “Qarabağ” aktivindəki 20 xalla çempionatın vahid lideridir.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
“Azəryol” komandasının Avropa kuboku yarışlarındakı rəqibi müəyyənləşib
3157
21.10.2020
“Bakı-2017”: Qadın həndbolçularımız inamla irəliləyirlər
2624
11.05.2017
“Azərsu” vahid liderliyə yüksəldi
2761
09.02.2019
Qazaxıstan klubu Bakıda daha iki yoxlama oyunu keçirdi
1665
05.11.2024
Həndbol hakimlərimiz ölkəmizi nüfuzlu yarışda təmsil edəcəklər
2596
04.10.2022
Kubok mübarizəsi davam edir
1521
27.04.2025
İslamiada: Qadın həndbolçularımız Qazaxıstan ilə görüşdə uğur qazana bilməyiblər
467
17.11.2025
22 iyul Milli Mətbuat Günüdür
1610
22.07.2025