Bosniya və Herseqovinanın Tuzla şəhərində 2000-2001-ci il təvəllüdlü qızların qatıldığı “Challenge Trophy” turniri başa çatıb.
Həlledici görüşdə Bosniya və Herseqovina komandası ilə Belçika seçməsi qarşılaşıb. Gərgin mübarizə ilə yadda qalan oyunda 27:26 hesabı ilə qələbə çalan ev sahibləri baş mükafata layiq görülüblər.
Üçüncü yerin sahibi Estoniyanı 22:21 hesabı ilə məğlub edən Lüksemburq kollektivi olub.
Beşinci-altıncı yerlər uğrunda oyun Moldovanın Kipr üzərində 41:24 hesablı qələbəsi ilə nəticələnəib.
Digər təsəlliverici oyunda Azərbaycan millisi Böyük Britaniya seçməsinə 28:22 hesabı ilə qalib gələrək, yeddinci yeri tutub. “KSPC Mejdan”da keçirilən matçın hakimləri xorvatiyalı İvana Koren və Vedrana Stancir olub. Avropa Həndbol Federasiyasını isə rusiyalı Lüdmila Bodnieva və Bosniya və Herseqovinalı Vladimir Yoviç təmsil edib.
Rəqib qapılarından 45 top keçirən həndbolçumuz Kamilə Bayramova yarışın ən məhsuldar oyunçusu adına layiq görülüb.
22.07.2026
22 İyul - Milli Mətbuat Günüdür
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
"Kür" "Bakı"ya rəqib oldu
1631
22.05.2025
Qonaqlar Mingəçevirdən əliboş döndülər
1548
16.02.2025
Yeniyetmə həndbolçuların 14-cü açıq Avropa çempionatına yekun vurulub
2564
07.07.2018
"Bakı" liderlə xal fərqini azaltdı
1373
10.05.2025
Həndbol hakimlərimiz ölkəmizi nüfuzlu yarışda təmsil edəcəklər
2606
04.10.2022
Azərbaycan çempionatı: “U-17” - “Bakı” 15:50 (12:23)
1929
02.12.2024
“Kür” (Azərbaycan) – “Azəryol” (Azərbaycan) 18:27
2070
30.08.2024
Azərbaycan çempionatı: VIII turun nəticələri
1583
17.12.2024