Azərbaycan Həndbol Federasiyasında dopinqlə mübarizə mövzusunda tədbir keçirilib  

07.12.2018
857
Paylaş:

Milli  Antidopinq  Agentliyi  (AMADA)  Azərbaycanda  fəaliyyət  göstərən  idman  federasiyaları  ilə  əməkdaşlıq  çərçivəsində  tədbirlər  keçirməkdədir.  Belə  tədbirlərdən  biri” ABU  Arena”da  təşkil  olunub.

Azərbaycan  Həndbol  Federasiyasının  rəsmiləri,  həkimləri  və  idmançılarının  qatıldığı  görüş  maarifləndirici  xarakter  daşıyıb.

AMADA  təmsilçiləri  tərəfindən  dopinqlə  mübarizə  yolları  haqqında  ətraflı  məlumat  verilib,  həkimlər  və  idmançılar  qadağan  olunmuş  preparatlar  barədə  məlumatlandırılıblar.

Bu  cür  tədbirlərin  əsas  məqsədi,  ölkədə  dopinqlə  mübarizənin  səmərəli  şəkildə  aparılmasıdır.  Yerli  idman  federasiyaları  ilə  imzalanan  memoranduma  əsasən  təşkil  olunan  maarifləndirici  görüşlər  artıq  öz  bəhrəsini  verməkdədir.  Son  zamanlar  idmançılarımızın  dopinq  qalmaqallarında  adlarının  hallanmaması  bunu  təsdiqləyir.

Digər Xəbərlər

"İdman Akademiyası" "Olimpiya" ilə oyunda qələbəni son anda əldən verib

700 25.10.2018

Azərbaycan çempionatında VII turun oyun cədvəli

197 10.01.2024

Qadın həndbolçularımız təlim-məşq toplanışına qatılacaq

589 15.03.2017

Olimpiya çempionumuzun yubileyi qeyd olunub

394 31.10.2023

Hakimlərimiz beynəlxalq oyunda

631 13.10.2019

Avropa çempionatı: GRE (Yunanıstan) - GEO (Gürcüstan) 29:17

461 13.08.2023

Azərbaycan çempionatı: V turun ilk oyun gününün nəticələri

212 15.12.2023

Azərbaycan çempionatında təxirə salınmış oyunlar keçirilib

626 22.05.2023