“Bakı” çempionluq imkanlarını qorudu

06.05.2024
2059
Paylaş:

Kişi həndbolçuların 19-cu turunda daha bir maraqlı qarşılaşma “Bakı” və “Qarabağ” komandaları arasında olub. Ləman Həmidova və Aydan Hüseynovanın idarə etdiyi görüşün deleqatı Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub. Prinsipial xarakter daşıyan görüşdə qonaqlar çempionluq imkanlarını qorumaq üçün mütləq qalib gəlməli idi. Liderdən 4 xal geridə olan “Bakı” məğlubiyyət təqdirində qızıl medallardan əlini üzə bilərdi.


“Qarabağ” isə qələbə sayəsində bürünc medallar uğrunda mübarizəni davam etdirəcəkdi. “AHF Arena”da keçirilən oyuna “Bakı” daha inamlı başlayıb. Sabir Nəzərəliyev və komanda yoldaşlarının kəskin hücumları hesab arasındakı fərqin ilk dəqiqələrdən artması ilə nəticələnib. Rəqibin kəsərli həmlələrini dəf etməkdə çətinlik çəkən “Qarabağ” qapısında ardıcıl qollar görüb. Ev sahibləri yalnız ilk hissənin sonlarına doğru toparlansalar da, fasiləyə məğlub yollanıblar. Rəqibin fərqi azaltmasına rəğmən ilk hissə qonaqların 13:9 hesablı üstünlüyü ilə başa çatıb.


Qarşılaşmanın ikinci hissəsi də demək olar ki, eyni ssenari üzrə keçib. Vəziyyəti dəyişməyə çalışan “Qarabağ” hesab arasındakı fərqi aradan qaldırmaq istəyilə irəli atılıb. Amma rəqibi bəzi göstəricilərdə üstələyən qonaqlar fasiləyədək qazanılan üstünlüyü qorumağı bacarıblar. Beləliklə, maraqlı mübarizə ilə yadda qalan oyun “Bakı”nın qələbəsi ilə başa çatıb - 30:23. Aktivinə 26-cı xalı yazdıran “Bakı” komandası çempionluq uğrunda mübarizəni davam etdirir.

Digər Xəbərlər

"Azəryol" çətin dueldən qalib ayrıldı

1428 19.04.2025

Həndbol üzrə Bakı şəhər birinciliyinə yekun vurulub

2544 30.01.2023

“Azərsu” növbəti qələbəsini qazanıb

2899 27.10.2018

Bugünkü oyunların nəticələri

1677 06.11.2024

İsgəndər Əsgərov Türkiyə -Norveç oyununa təyinat alıb

165 12.05.2026

Kubok mübarizəsi davam edir

1529 27.04.2025

“Kür” yenidən zirvəni ələ keçirdi

2081 26.03.2024

Azərbaycanın həndbol komandalarının avrokubok yarışlarındakı rəqibləri müəyyənləşəcək

2611 16.07.2018