"Bakı” həndbol komandası “Çağırış kuboku” uğrunda mübarizəyə başlayır

12.10.2018
1098
Paylaş:



Kişi  həndbolçulardan  ibarət  “Bakı”  komandası  “Çağırış  kuboku”  uğrunda  yarışda  iştirak  etmək  üçün  Bosniya  və  Herseqovinaya  yola  düşüb.

Xəbər  verdiyimiz  kimi,  təmsilçimiz   oktyabrın  13-də  Bosniya  və  Herseqovinanın  “RK  Borak  m:tel”  komandası  ilə  görüşəcək.  Banja  Luka  şəhərində  yerləşən  “Borik”  İdman  Arenasında  keçiriləcək  matçın  hakimləri   ukraynalı  Anatoli  Novikov  və  Valeri  Rozkov,   EHF  nümayəndəsi  isə  bolqarıstanlı  Andrey  Andereyev  olacaq.

Razılaşmaya  əsasən,  komandalar  arasında  cavab  matçı  da  oktyabrın  14-də  Bosniya  və  Herseqovinada  keçriiləcək.  İlk  oyunda  “Bakı”  kollektivi  nominal  ev  sahibi  kimi  çıxış  edəcək.  Hər  iki  qarşılaşma  yerli  vaxtla  saat  19-00-da  başlanacaq.

Cütün  qalibi  üçüncü  mərhələdə  Bosniya  və  Herseqovinanın  digər  təmsilçisi  “HC  Voqoska  Poljine  Hills”  komandası  ilə  qarşılaşacaq.

 

 

Digər Xəbərlər

Favoritlər etimadı doğruldublar

616 21.01.2018

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş həndbol üzrə rayon turnirinə start verilib

675 09.05.2022

Azərbaycan çempionatında XII turun oyun cədvəli

161 23.02.2024

“Azəryol” çempionluğu rəsmiləşdirdi

782 22.04.2019

İyunda Şotlandiyada Avropa Həndbol Federasiyasının illik konqresi keçiriləcək

754 19.05.2018

Kişi həndbolçuların “Bakı-2017”dəki rəqibləri müəyyənləşib

592 06.04.2017

Bakıda həndbolçular üçün ustad dərsləri təşkil olunub

380 12.08.2023

Avropa çempionatı: LTU (Litva) - GEO (Gürcüstan) 37:23

441 07.08.2023