Qadın həndbolçuların Azərbaycan çempionatında mübarizə sona yaxınlaşır. Yarışın 19-cu turu da imkanları yüksək qiymətləndirilən komandaların qələbəsi ilə yadda qalıb. Ötən tur əsas rəqibinə qalib gələn “Azəryol” “İdman Akademiyası”na da aman verməyib – 40:27. Bu nəticə “Azəryol”un çempionluğunu rəsmiləşdirib.
“Azərsu” – “Qarabağ” görüşü isə daha gərgin mübarizə şəraitində keçib. Meydançaya qələbə üçün çıxan “Azərsu” rəqibin ciddi müqavimətinə baxmayaraq, tapşırığın öhdəsindən gəlməyi bacarıb - 30:29.
20 oyundan 36 xal toplayan “Azəryol” son turun nəticələrindən asılı olmayaraq, zirvəni heç kimlə bölüşməyəcək. “Azərsu” 34 xalla ikinci pillədə qərarlaşıb. 3-cü pillədəki “Qarabağ”ın 20 xalı var. “İdman Akademiyası” 9 xalla 4-cü, “Olimpiya” 7 xalla 5-ci yerdədir. Bütün oyunlarda məğlub olan “Gənclər Birliyi” yarışın autsayderidir.
Qeyd edək ki, Azərbaycan çempionatına aprelin 27-də yekun vurulacaq.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Bugünkü oyunların nəticələri
2387
06.02.2024
Azərbaycan çempionatı: növbəti oyun gününün nəticələri
1686
14.12.2024
Cəlilabad komandası zona yarışında qələbə qazandı
1530
26.03.2025
AHF-nin vitse-prezidenti Avropa Həndbol Federasiyasının tədbirində iştirak edəcək
2861
16.09.2020
Avropa çempionatı: Yunanıstan - İspaniya 11:33
2981
06.08.2023
“Təhsil” ikinci pillədəki mövqeyini möhkəmlədib
1449
10.03.2025
“Bakı” çempionluq imkanlarını qorudu
2006
06.05.2024
Aleksandr Revva: “Müdafiədə zəif çıxışımız məni çox təəccübləndirdi”
572
07.10.2025