İyunun 19-20-də Şotlandiyanın paytaxtı Qlazqoda Avropa Həndbol Federasiyasının (EHF) illik konqresi keçiriləcək.
Texniki komissiyanın iyunun 18-nə təyin olunan iclası da daxil olmaqla konqresin proqramı və səsverməyə çıxarılacaq mövzular artıq təsdiqlənib.
Konqresdə EHF-in prezidentinin, baş katibinin, texniki, yarış, metodiki, çimərlik həndbolu komissiyalarının və qanuni nümayəndənin hesabatları dinləniləcək. Həmçinin 2016-2018-ci illərə dair maliyyə hesabatları təqdim olunacaq, bu il üçün büdcə təsdiqlənəcək.
Konqresdə federasiyanın sabiq prezidenti Jan Brihaultın başçılıq etdiyi işçi qrupunun 2020-ci ildən sonra EHF-də struktur dəyişikliyi ilə əlaqədar tövsiyələri nəzərə alınıb. Bununla yanaşı, milli federasiyalar tərəfindən də təkliflər irəli sürülüb. Norveç konqreslərə müstəqil müşahidəçi dəvət edilməsini, Slovakiya nümayəndələrin təyin olunmasında peşəkarlıq məsələsinin nəzarətdə saxlanılmasını, İsveçə həndbolçuların idman geyimlərinin üzərindəki reklamların əks olunmasını təklif edib.
EHF-nin konqresində müzakirəyə çıxarılacaq digər məsələlər arasında 2019–cu ildəki dünya çempionatının Avropa təsnifat turnirinin püşkünün atılması, Avropa Həndbol Federasiyasının 15-ci illik konqresinin, 2022-ci və 2024-cü illərdə keçiriləcək kişilər və qadınlar arasında Avropa çempionatlarının təşkil olunacağı yerlərin seçilməsi və s. də var.
Ölkəmizi konqresdə AHF-nin prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və vitse-prezident Orxan Abbasov təmsil edəcək.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
“Azəryol ” ilk görüşünü qələbə ilə başa vurub
3020
17.11.2018
"Bakı" komandası mübarizəni dayandırıb
2941
14.10.2018
Azərbaycan Həndbol Federasiyasında Hakimlər Kollegiyasının iclası keçirilib
433
03.11.2025
Azərbaycan çempionatı: VI turun növbəti oyun gününün nəticələri
1647
03.11.2024
Həndbolçularımız beynəlxalq turnirə qatılıblar
2543
07.02.2018
Gənc həndbolçularımız Bolqarıstana yollanacaqlar
2587
05.06.2017
Ölkə çempionatı: 3-cü turun oyun cədvəli
366
17.12.2025
Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyun cədvəli
2293
23.05.2024