“Bakı” çətin Mingəçevir səfərindən xalla qayıtdı

17.03.2024
95
Paylaş:

Kişi həndbolçuların Azərbycan çempionatında 14-cü turun mərkəzi matçı Mingəçevirdə  “Kür” və “Bakı” arasında olub. “Kür” Olimpiya Tədris-İdman mərkəzində təşkil olunan bu komandaların görüşü gərgin idman mübarizəsində keçib. Bərabər səviyyəli oyun nümayiş etdirən tərəflər fasiləyədək təşəbbüsə yiyələnmək istəyini reallaşdıra bilməyiblər. İlk hissənin yekununda “Kür” bir xallıq fərqlə irəli çıxıb - 13:12. Oyunun ikinci hissəsi daha maraqlı keçib. Hesabdakı üstünlüyü artırmağa çalışan Mingəçevir həndbolçuları rəqibin ciddi müqaviməti ilə üzləşiblər. Meydan sahibləri bəzi epizodlarda buna nail olsalar da, paytaxt təmsilçisi yüksək əzmkarlıq göstərib. Matçın son iki dəqiqəsini bir nəfər azlıqda keçirən və 24:26 hesabı ilə geridə olan “Bakı” yekunda çətin səfəridən xalla qayıtmağa nail olub. Belə ki, son dəqiqələrdə baş məşqçi Eldar Fərəcovun taymautu nəticəsini verib və “Bakı” həndbolçuları bərabərliyi təmin ediblər. Mübarizənin başa çatmasına saniyələr qalmış “Kür” cərimə zərbəsindən yararlana bilməyib. Beləliklə qarşılaşma 26:26 hesabı ilə yekunlaşıb. 


14 turdan sonra hesabında 20 xalı olan Mingəçevir klubu ilk pillədə qərarlaşıb. Ondan iki xal geri qalan “Bakı” və “Azəryol” ikinci-üçüncü yerləri bölüşür. 


Qadın həndbolçuların yarışında isə 12-ci turdan təxirə salınmış bir görüş keçirilb. Mingəçevirdə yerli “Kür” “İdman Akademiyası”nı qəbul edib. Matçın ilk hissəsini 20:10 hesabı ilə öndə başa vuran meydan sahibləri fasiləsindən sonra da üstünlüyünü əldən verməyib. 38:21.

Digər Xəbərlər

"Qarabağ" uğurlu seriyanı davam etdirir

715 23.10.2019

Yeniyetmə həndbolçularımız açıq Avropa turnirində mübarizəyə başlayırlar

655 02.07.2018

Həndbol üzrə Azərbaycan kuboku uğrunda yarışa start veriləcək

758 15.12.2017

"Bakı" inamlı qələbə çalıb

747 18.02.2018

Millimiz Avropa çempionatına hazırlaşır

313 04.12.2023

Qadın həndbolçuların Azərbaycan çempionatında 11-ci turun növbəti oyunları keçirilib.

833 26.01.2019

Avropa çempionatının ilkin təsnifat turnirinə yekun vurulub

629 14.01.2023

Azərbaycanın qadın həndbolçuları "Konya-2021"ə qələbə ilə başlayıblar

869 07.08.2022