Millimiz Avropa çempionatına hazırlaşır

04.12.2023
2544
Paylaş:

18 yaşadək həndbolçulardan ibarət milli komandamız növbəti Avropa çempionatında mübarizə aparacaq.
Həndbolçularımız artıq məsul yarışın hazırlığına start veriblər. Bakıda bir araya gələn gənclərdən ibarət seçmənin üzvləri həm fiziki, həm də texniki-taktiki plan üzrə məşqlərdə iştirak ediblər.
Komandamız hazırlıq prosesinin ikinci mərhələsini Gürcüstanda keçəcək. 5-12 dekabr tarixlərini əhatə edəcək səfər proqramına əsasən qonşu ölkədə yoxlama oyunları da təşkil olunacaq. Millimiz Gürcüstanın U-18 və U-16 komandaları ilə 4 görüşdə üz-üzə gələcək.
Qeyd edək ki, 18 yaşadək həndbolçuların Avropa çempionatı gələn ilin avqust ayında keçiriləcək.

Digər Xəbərlər

Kişi həndbolçuların Azərbaycan çempionatında 13-cü turun oyunları keçirilib

2023 08.03.2024

“Azəryol” həndbol komandasının məşqçisi beynəlxalq “Master Coach” lisenziyasına layiq görülüb

2839 23.02.2022

15 İyun - Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı səhifəsidir

1675 15.06.2025

“Nur” növbəti qələbəsini qazanıb

2893 15.03.2018

Emil Sərxanov: “Azəryol”  istəyini reallaşdıra bilər

1440 31.03.2025

Qadın həndbolçulardan ibarət “Nur” komandası İsveçin “Luqi HK” kollektivinə qalib gəlib

2685 17.09.2017

Çimərlik həndbolu üzrə ölkə çempionatına qadınların mübarizəsi ilə start veriləcək

2501 16.08.2017

Azərbaycan çempionatı: IV turun oyun cədvəli

2574 01.12.2023