Həndbol üzrə Azərbaycan çempionatı başlanır

18.03.2022
775
Paylaş:

Martın  20-də həndbol  üzrə  növbəti  respublika  çempionatına  başlanacaq.

Sayca  28-ci  Azərbaycan  çempionatının  oyunları  Şağan  Olimpiya  İdman  Kompleksində  keçiriləcək.

Ölkə  biriniliyinə  4-ü  qadınlardan  ,  6-sı  kişilərdən  ibarət  olmaqla   10  komanda  qatılacaq.  Qadınların  yarışında  “Azəryol”,  “Azərsu”,  “Qarabağ”,  “İdman  Akademiyası”,  kişi  həndbolçuların  mübarizəsində  isə  “Bakı”,  “Məhsul”,  “Təhsil”,  U-18  İdman  Akademiyası,  U-16,  “Gənclər  Birliyi”  komandaları  qələbə  uğrunda  yarışacaqlar.

Çempionatın  martın  20-ci  saat  11-də  başlanacaq  açılış  oyununda  “  Gənclər  Birliyi”   –“  Bakı”   klubu  ilə  üz-üzə  gələcək.  Ardınca  “İdman  Akademiyası”  ilə  “Qarabağ”   komandası  meydana  çıxacaq.

Saat  14:00-da  ölkə  çempionatının  açılış  mərasimi  keçiriləcək.  İlk  yarış  gününə   U  16  –  U  18  İdman  Akademiyası,  “Azəryol”  –  “Azərsu”  və  “Təhsil”  –  “Məhsul”   görüşləri  ilə  yekun  vurulacaq.

Martın  26-da  isə  “  Bakı  –“  Təhsil”,   “Qarabağ”  –  “Azəryol”,  U  18  İdman  Akademiyası  –  “Gənclər  Birliyi”,  “Azərsu”  –  “İdman  Akademiyası”,  “Məhsul”  –  U  16    qarşılaşmaları  oynanılacaq.

Digər Xəbərlər

Mingəçevirin “Nur” komandası EHF kuboku uğrunda yarışda ilk oyununu keçirib

656 17.09.2017

Azərbaycan kuboku turnirində növbəti oyunlar keçirilib

640 22.01.2020

Azərbaycanın beynəlxalq dərəcəli hakimi yeni təyinat alıb

750 30.08.2017

Orxan Abbasova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib

726 22.12.2021

"Beşiktaş"ın oyununu Azərbaycan hakimləri idarə edəcəklər

712 25.11.2021

Millimiz Litva seçməsinə qalib gəldi

149 28.02.2024

Bakı həndbol üzrə Avropa çempionatının təsnifat turnirinə ev sahibliyi edəcək

601 05.01.2023

IX turun oyun cədvəli

176 30.01.2024