Azərbaycan çempionatında II dövrəyə yekun vurulub

21.12.2019
687
Paylaş:

Kişi  həndbolçuların  Azərbaycan  çempionatında  da  9-cu  turun  oyunları  keçirilib.  İkinci  dövrənin  son  turunda   əvvəlcə  “Məhsul”  və  U-18  komandaları  meydançaya  çıxıblar.  Çempionatın  lideri  autsayderlə  oyunda  çətinlik  çəkmədən  qələbə  qazanıb.  Səviyyə  fərqinin  açıq-aşkar  nəzərə  çarpdığı  görüş  42:24  hesabı  ilə  nəticələnib.

Günün  digər  qarşılaşması  da  eyni  ssenari  ilə  yadda  qalıb.  Çempionluq  uğrunda  mübarizə  aparan  “Bakı”  “Təhsil”lə  oyunun  şəksiz  favoriti  olduğunu  hesabda  əks  etdirib.  Nominal  ev  sahibi  çox  çalışsa  da  ağır  məğlubiyyətdən  yaxa  qurtara  bilməyib  –  18:33.

Növbəti  qələbəsini  qazanan  “Məhsul”  komandası  16  xalla  ikinci  dövrəni  lider  kimi  başa  vurub.  “Bakı”  ondan  iki  xal  geridədir.  Üçüncü  pillənin  sahibi  “Təhsil”in  aktivində  3  xal  var.  U-18  1  xalla  yarış  cədvəlinin  autsayderidir.

Bu  qarşılaşmalardan  sonra  ölkə  çempionatında  gələn  ilin  mart  ayınadək  fasilə  yaranacaq.

Yanvarın  11-də  isə   Azərbaycan  kuboku  uğrunda  turnirin  oyunları  olacaq.  Həmin  gün  “Məhsul”  “Təhsil”  ilə,  “Bakı”  isə  U-18  komandası  ilə  üz-üzə  gələcək.

Digər Xəbərlər

Yeniyetmə həndbolçuların final yarışlarına start veriləcək

627 10.04.2017

Qadın həndbolçuların Azərbaycan çempionatında daha iki turun oyunları keçirilib

649 13.12.2022

Lider mövqeyini bir qədər də möhkəmlədib

725 03.11.2018

AÇ-2024-ün seçmə mərhələsi: İspaniya - Azərbaycan 42:16

138 07.04.2024

Favoritlər növbəti qələbələrini qazandılar

814 03.02.2019

Azərsu – Olimpiya Tbilisi

893 07.10.2018

Kişi həndbolçularımız Gürcüstan klubu ilə üz-üzə gəliblər

655 03.06.2017

Avropa çempionatında qrup mərhələsinin 4-cü turuna start verilib

372 09.08.2023