Noyabrın 3-də qadın həndbolçuların Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.
Günün ilk görüşündə çempionatın lideri "Azərsu" "İdman Akademiyası" komandasını sınağa çəkib. Nominal meydança sahibinin üstünlüyü ilə keçən qarşılaşmada sürpriz qeydə alınmayıb. Daha inamlı oyun göstərən "Azərsu", 20 top fərqi ilə qalib gəlib - 38:18.
Yarışın autsayderi - “Gənclər Birliyi”nin "qara zolaqdan" qurtulmaq cəhdi bu dəfə də alınmayıb. "Qarabağ"ın kəskin həmlələrini dəf etməkdə çətinlik çəkən "Gənclər Birliyi", 22:44 hesabı ilə uduzub.
"Azərsu" 6 oyundan maksimum nəticə ilə çempionatın vahid lideridir. Ondan 3 oyun az keçirən "Azəryol" 4 xalla ikinci pillədə qərarlaşıb. Eyni xalı 4 oyuna qazanan "Qarabağ" 3-cü yerdədir. "Olimpiya" ilə "İdman Akademiyası" hərəyə 3 xalla 4-cü - 5-ci yerləri bölüşür. Aktivinə hələ ki, xal yazdıra bilməyən "Gənclər Birliyi" yarışın autsayderidir
22.07.2026
22 İyul - Milli Mətbuat Günüdür
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
Azərbaycan çempionatında XII turun oyun cədvəli
2569
23.02.2024
“Azəryol” liderlə xal fərqini aradan qaldırıb
2929
09.03.2019
Kişi həndbolçulardan ibarət “Bakı” komandasının Avropa kubokundakı rəqibi bəlli olub
2550
11.09.2022
Azərbaycan çempionatı: VI turun ilk oyun gününün nəticələri
2676
23.12.2023
“Bakı” liderlə xal fərqini aradan qaldırdı
2085
29.04.2024
Kişilər arasında ölkə çempionatının 6-cı turu başlanıb
3094
09.12.2018
Ölkə çempionatı: “İdman Akademiyası”-“Qarabağ” 29:28 (18:19)
261
14.04.2026
Həndbol hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları yeni təyinat alıblar
2561
18.02.2022