Ölkə çempionu uğurlu çıxışlarını davam etdirir

28.10.2018
1065
Paylaş:

Oktyabrın  28-də  kişi  həndbolçuların  Azərbaycan  çempionatında  2-ci  turun  oyunları  keçirilib.

"Məhsul"  kollektivi  ilə  U-16  komandasının  görüşündə  nominal  meydança  sahiblərinin  imkanları  daha  yüksək  qiymətləndirilirdi.  Mülahizələri  doğruldan  "Məhsul"  çempionata  daha  çox  təcrübə  toplamaq  məqsədi  ilə  qatılan  rəqibi  üzərində  inamlı  qələbə  qazanıb  -  34:15.

Yarışın  əsas  favoriti  sayılan  "Bakı"  da  turu  qələbə  ilə  başa  vurub.  Ölkə  çempionu  bu  dəfə  "Təhsil"  komandası  ilə  qarşılaşıb.  Gözlənildiyi  kimi  "Bakı"nın  üstünlüyü  şəraitində  keçən  oyun  32:23  hesabı  ilə  nəticələnib.

Digər Xəbərlər

Azərbaycan millisi Ermənistan komandasını məğlubiyyətlə barışdırıb

816 17.06.2017

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol turnirinə start verilib

917 09.05.2018

Hakimlərimiz beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər

891 04.11.2017

İlaxır – Torpaq çərşənbəniz mübarək!

357 19.03.2024

“Məhsul” Azərbaycan çempionudur

990 15.04.2019

Yeniyetmə həndbolçular yarışlarda iştirak ediblər

924 03.06.2022

“İdman Akademiyası” komandası Azərbaycan çempionatında liderliyi davam etdirir

987 13.02.2023

“Azəryol” "Kristianstad”la mübarizəyə start verdi

811 02.02.2018