Kişi həndbolçuların Azərbaycan çempionatına yekun vurulub. Son turda diqqətlər “Bakı” – “Məhsul” görüşünə yönəlmişdi. Çempionluğa əsas namizədlərin qarşılaşması gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalıb. Oyun 26:19 hesabı ilə “Bakı”nın xeyrinə nəticələnsə də, bu, çempionluq üçün yetərli olmayıb. Topların ümumi sayında rəqibini 2 top fərqi ilə qabaqlamağı bacaran “Məhsul” yarışın baş mükafatına sahib çıxıb.
“U16” – “Təhsil” görüşü isə 20:29 hesabı ilə başa çatıb.
Beləliklə, 12 turdan ibarət ölkə çempionatını “Məhsul” 1-ci, “Bakı” 2-ci, “Təhsil” 3-cü, U-16 isə 4-cü pillədə başa vurub.
Qeyd edək ki, “Məhsul” komandası bu mövsüm Azərbaycan kubokuna da sahib çıxıb
22.07.2026
22 İyul - Milli Mətbuat Günüdür
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
Orxan Abbasov: “Həndbol üzrə Avropa çempionatının Azərbaycanda təşkil olunması müzakirə edilib”
2486
16.06.2022
Azərbaycan çempionatı, II tur: Oyun cədvəli
2643
17.11.2023
“Kür” yenidən zirvəni ələ keçirdi
1976
29.04.2024
Ölkə çempionatı: "Azəryol"-"İdman Akademiyası" 48:21 (23:11)
412
24.01.2026
17 yaşadək həndbolçu qızların Avropa çempionatında qrup mərhələsinin IV turunun oyun cədvəli
2559
09.08.2023
AHF yeni mövsümə kubok yarışı ilə start verir
1088
18.09.2025
Həndbol üzrə seminara yekun vurulub
2654
26.05.2022
"Məhsul" liderliyi davam etdirir
2515
17.02.2020