Bakıda startı veriləcək matçlara Mingəçevirdə yekun vurulacaq

04.12.2025
429
Paylaş:

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar olacaq. Qadınların yarışında ikinci turda "Bakı" "Kür"ü qəbul edəcək. Qarşılaşma dekabrın 5-i saat 17:30-a  təyin olunub. Ertəsi gün qadınların turnirində iki oyun keçiriləcək. Birinci tura təsadüf edən bu görüşlərdə ilk olaraq meydana "Təhsil" və "Azəryol" komandaları çıxacaq. Bu matçın start fiti saat 10:00-da  səsləndiriləcək. Saat 12:00-da  isə "Qarabağ" və "Kür" münasibətlərə aydınlıq gətirəcəklər. Dekabrın 5-i və 6-dakı qarşılaşmalar "AHF Arena" İdman Kompleksində təşkil olunacaq. Kişi həndbolcuların yarışında isə  həftə sonu bir görüş keçiriləcək. Ötən ilki çempion "Kür" yeni mövsümdə heyətini gücləndirən "Qarabağ"la üz-üzə gələcək. Dekabrın 7-i saat 12:00-da başlanacaq bu matç Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində oynanılacaq.


 

Digər Xəbərlər

AHF-də yeni mövsüm müzakirə olundu

1990 07.08.2024

Liderdən növbəti qələbə

2619 25.02.2023

İsgəndər Əsgərov yeni təyinat alıb

599 17.10.2025

Məşqçilərsiz qalan “Azəryol”dan əzmkar qələbə

2330 16.03.2024

“Challenge Trophy” turnirində finalçılar müəyyənləşib

2612 03.06.2018

"Azəryol"la "Qarabağ"ın çempionluq mübarizəsi davam edir

2768 05.03.2020

Zəfər Gününə həsr olunmuş zona yarışına start verilib

2444 07.11.2022

VII tur: Azəryol - Qarabağ 28:27

2783 21.01.2024