Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar olacaq. Qadınların yarışında ikinci turda "Bakı" "Kür"ü qəbul edəcək. Qarşılaşma dekabrın 5-i saat 17:30-a təyin olunub. Ertəsi gün qadınların turnirində iki oyun keçiriləcək. Birinci tura təsadüf edən bu görüşlərdə ilk olaraq meydana "Təhsil" və "Azəryol" komandaları çıxacaq. Bu matçın start fiti saat 10:00-da səsləndiriləcək. Saat 12:00-da isə "Qarabağ" və "Kür" münasibətlərə aydınlıq gətirəcəklər. Dekabrın 5-i və 6-dakı qarşılaşmalar "AHF Arena" İdman Kompleksində təşkil olunacaq. Kişi həndbolcuların yarışında isə həftə sonu bir görüş keçiriləcək. Ötən ilki çempion "Kür" yeni mövsümdə heyətini gücləndirən "Qarabağ"la üz-üzə gələcək. Dekabrın 7-i saat 12:00-da başlanacaq bu matç Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində oynanılacaq.
Avropa çempionatının ilkin təsnifat turnirinə yekun vurulub
2223
14.01.2023
"Azərsu" ilə "Azəryol" münasibətləri aydınlaşdıra bilmədi
2289
13.01.2018
"Qarabağ" liderlə xal fərqinin artmasına imkan vermədi
2229
18.12.2019
Ləman Həmidova: "Hər zaman xəyallarımızdan beynəlxalq dərəcəli hakim olmaq keçirdi"
644
22.09.2025
Həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub
2261
13.03.2017
ALMATA(Qazaxıstan) - Azərbaycan 20:28 (8:13)
1530
18.05.2024
17 yaşadək həndbolçu qızların Avropa çempionatı başa çatıb
2297
14.08.2023
“Azəryol” həndbol klubu Avropa kuboku yarışlarında Yunanıstan təmsilçisi ilə qarşılaşacaq
2405
21.10.2021