Bakı İdman Sarayında 17 yaşadək həndbolçu qızların Avropa çempionatına yekun vurulub. Yarışın son günündə həlledici qarşılaşmalar keçirilib. 7-8-ci yerlər uğrunda oyunda Gürcüstan millisi ilə görüşən Yunanıstan həndbolçuları 29:17 hesabı ilə qələbə qazanıblar.
Bosniya və Herseqovina seçməsi 5-6-cı yerlər uğrunda oyunda İsrail millisinə çətinliklə qalib gəlib - 32:31.
Litva - Farer adaları matçında 32:27 hesablı qələbə çalan litvalılar çempionatı 3-cü pillədə başa vurublar.
Yarışın qalibi İspaniya - Sloveniya görüşündə müəyyənləşib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda ispaniyalılar daha inamlı təsir bağışlayıblar. Bunun məntiqi nəticəsi kimi 28:20 hesabı ilə qalib gələn İspaniya millisi Avropa çempionu adına layiq görülüb.
Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Avropa Həndbol Federasiyasının nümayəndəsi Ştefan Lövqren çıxış edərək Bakıda keçirilən qitə çempionatının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Təşkilatçılığa görə AHF-nin fəaliyyətini qiymətləndirən Ştefan Lövqren İspaniya komandasını çempion olması münasibətilə təbrik edib. O, digər komandalara da göstərdiyi oyuna görə təşəkkür edib.
Çempionatın ən yaxşı oyunçularına, həmçinin yarışın hakimlərinə və EHF nümayəndələrinə, yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycan Həndbol Federasiyasının nümayəndələrinə hədiyyələr verildikdən sonra qalib komandaların üzvlərinə medallar təqdim olunub.
Nəticələrə əsasən İspaniya komandası qızıl, Sloveniya kollektivi gümüş, Litva həndbolçuları isə bürünc medallara layiq görülüb.
Medalları idmançılara Avropa Həndbol Federasiyasının nümayəndəsi Ştefan Lövqren, Azərbaycan Həndbol Federasiyasının vitse prezidenti Orxan Abbasov və baş katib Yusif Atakişiyev təqdim ediblər.
Bununla da on yeddi yaşadək həndbolçu qızların Avropa çempionatına yekun vurulub.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulub
782
20.09.2025
Millimizin üzvü “IHF Trophy” turnirində fərqləndi
439
03.12.2025
Hakimlərimiz növbəti təyinat alıblar
2663
20.02.2018
Azərbaycan həndbol ictimaiyyətinə ağır itki
394
19.12.2025
Yeniyetmə həndbolçuların 14-cü açıq Avropa çempionatına yekun vurulub
2553
07.07.2018
İsgəndər Əsgərova daha bir etimad
1634
07.11.2024
Azərbaycan çempionatının VII turunun iki oyunu canlı yayımda
1882
06.12.2024
İslamiada: Qadın həndbolçularımız Qazaxıstan ilə görüşdə uğur qazana bilməyiblər
465
17.11.2025