Azərbaycan Həndbol Federasiyasında 31-ci ölkə çempionatına hazırlıq iclası keçirilib. Tədbirdə Gənclər və İdman Nazirliyi, federasiyanın nümayəndələri, məşqçilər və hakimlər iştirak ediblər.
Çıxış edən federasiyanın baş katibi Yusif Atakişiyev son illər ölkəmizdə həndbola marağın daha da artmasının yeni mövsümdə komanda sayına da müsbət təsirini göstəriyini bildirib. Kişilərin turnirində 9, qadınların yarışında isə 7 komandanın mübarizə apacağını deyən baş katib iştirakçılara uğurlar arzulayıb.
Daha sonra federasiyanın idman şöbəsinin müdiri İsgəndər Əsgərov çempionatın reqlamenti barədə ətraflı məlumat verib. Bildirilib ki, 5 dövrədən ibarət olan kişi həndbolçuların yarışında 21 tur keçiriləcək. 9 turu əhatə edəcək ilk mərhələdə komandalar yalnız bir dəfə bir-birləri ilə qarşılaşacaq. İkinci mərhələdə isə 1-ci - 4-cü yerləri tutacaq kollektivlər 4 dəfə üz-üzə gələcək. 5-ci - 9-cu yerlərin sahibləri isə bir ev və bir səfər matçında meydana çıxacaq.
Qadınların mübarizəsi 19 turdan ibarət olacaq və ilk mərhələdə 7 tur oynanılacaq. Komandalar bu mərhələdə yalnız bir dəfə bir-birlərinə rəqib olacaq. Kişilərin turnirində olduğu kimi burada da ilk 4 yerin sahibi 4 dəfə qarşılaşacaq. İlkin mərhələni 5-7-ci yerlərdə tamamlayan kollektivlər isə 2 dəfə üz-üzə gələcək. 31-ci ölkə çempionatı oktyabrın 18-də start götürəcək.
İclasda yeni mövsümdə Avrokuboklarda çıxış edəcək komandalar barədə də məlumat verilib. Baş katib bildirib ki, kişilərin yarışında ölkəmizi “Kür” və “Bakı”, qadınların mübarizəsində “Qarabağ”, “Kür” və “Azəryol” təmsil edəcək. Tədbirdə həmçinin avqustun 28-dən sentyabrın 1-dək Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq həndbol turnirinin təşkil olunacağı qeyd olunub. Yarışda Azərbaycanın komandası ilə yanaşı bir neçə ölkə təmsilçisinin iştirakı gözlənilir.
İştirakçıları maraqlandıran suallara cavab verildikdən sonra ölkə çempionatının püşkatma mərasimi keçirilib.
22.07.2026
22 İyul - Milli Mətbuat Günüdür
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
Azərbaycan çempionatı: II turun son oyunu
1907
22.09.2024
IX turun oyun cədvəli
2399
30.01.2024
V İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları avqustun 7-də başlayacaq
2797
27.07.2022
X turun son oyununun nəticəsi
2358
11.02.2024
Həndbol hakimlərimiz yeni təyinat alıblar
580
14.11.2025
Kişi həndbolçuların dördüncü dünya çempionatı davam edir
2676
29.04.2023
Azərbaycan birinciliyinin final mərhələsi başlandı
2128
28.06.2024
Ölkə çempionatı: "Azəryol"-"İdman Akademiyası" 48:21 (23:11)
401
24.01.2026