Çimərlik həndbolu üzrə ölkə çempionatına qadınların mübarizəsi ilə start veriləcək

16.08.2017
863
Paylaş:

Avqustun  18-də  başlanacaq  çimərlik  həndbolu  üzrə  ikinci  Azərbaycan  çempionatının  oyun  cədvəli  müəyyənləşib.

Bakı  Su  İdmanı  Sarayında  keçiriləcək  yarışın  açılış  oyunu  saat  09:30-a  təyin  olunub.  İlk  qarşılaşmada  qadınlardan  ibarət  “İdman  Akademiyası”  komandası  ilə  “Azəryol-2”  üz-üzə  gələcək.

Qadınlar  arasında  oyunlar  yekunlaşdıqdan  sonra   saat  17:45-də  çempionatın  açılış  mərasimi  olacaq.  Ardınca  kişi  həndbolçular  mübarizəyə  qatılacaq.  Əvvəlcə  meydançaya  “Məhsul”  komandası  ilə  Respublika  İxtisaslaşdırılmış  Olimpiya  Ehtiyatları  Uşaq-Gənclər  İdman  Məktəbinin  (RİOEUGİM)  təmsilçiləri  çıxacaqlar.

Yarışın  ilk  iki  günündə  qadın  həndbolçulardan  ibarət  hər  komanda  iki,  kişilərdən  ibarət  kollektivlər  isə  bir  oyun  keçirəcək.

Digər Xəbərlər

Həndbol üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

944 16.02.2017

Liderdən növbəti qələbə

873 25.02.2023

Favoritlərin inamlı qələbələri

942 13.03.2023

Yeniyetmə həndbolçular ölkə birinciliyində bacarıqlarını göstəriblər

1014 24.04.2017

Həndbol hakimlərimiz EHF kuboku oyununu idarə edəcəklər

855 30.08.2017

V İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları avqustun 7-də başlayacaq

954 27.07.2022

Məktəblilər arasında həndbol üzrə turnir başa çatıb

1221 07.05.2019

“Azərsu” üçüncü dövrəyə qələbə ilə başladı

1005 24.01.2019