Beynəlxalq turnirin yarımfinalçıları müəyyənləşib

30.08.2024
52
Paylaş:

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq həndbol turnirində bu gün daha iki oyun keçirilib. 
Qrup mərhələsinin son turunda əvvəlcə “Kür” və “Azəryol” komandaları üz-üzə gəliblər. “AHF Arena”da keçirilən görüşdə daha inamlı oyun göstərən “Azəryol” 27:18 hesabı ilə qələbə qazanıb. 
Yarışın favoritlərindən sayılan “Qarabağ” isə Qazaxıstanın “Alatau Alurary” komandası ilə görüşdə də etimadı doğruldub. Gərgin və maraqlı mübarizə ilə yadda qalan oyun Azərbaycan çempionunun xeyrinə nəticələnib – 35:31. Bu qələbə ilə aktivinə 4-cü xalı yazdıran “Qarabağ” “B” qrupunda liderliyi təmin edib. Özbəkistan millisi ilə “Alatau Alurary” kollektivləri hərəyə 1 xalla sonrakı pillələrdə qərarlaşıblar. “A” qrupunda “Astana” 4 xalla 1-ci, “Azəryol” 2 xalla ikinci yeri tutub. Xal toplaya bilməyən “Kür” 3-cü olub. 
Beləliklə, sabah keçiriləcək yarımfinal görüşlərində “Astana” Özbəkistan millisi ilə, “Qarabağ” isə “Azəryol”la qarşılaşacaq. “Kür” və “Alatau Alurary” komandaları isə beşinci – altıncı yerlər uğrunda oyunda üz-üzə gələcəklər. 
Beynəlxalq turnirə sentyabrın 1-də yekun vurulacaq.

Digər Xəbərlər

Hakimlərimiz “Sloga Pojeqa”-“Lokomotiv” oyununu idarə edəcəklər

893 07.02.2017

Həndbol üzrə XXIX Azərbaycan kuboku yarışının açılış mərasimi olub

954 11.05.2023

AHF-də yeni mövsüm müzakirə olundu

198 07.08.2024

Azərbaycan çempionatına yekun vuruldu

801 28.04.2018

“İdman Akademiyası” komandası Gürcüstana yola düşüb

1280 24.10.2018

Kişi həndbolçularımız Bolqarıstanda qələbələri sıralayırlar

914 17.06.2017

Həndbol üzrə Azərbaycan çempionatı başlanır

996 18.03.2022

“Kür” (Azərbaycan) – “Azəryol” (Azərbaycan) 18:27

54 30.08.2024