Həndbol üzrə XXIX Azərbaycan kuboku yarışının açılış mərasimi olub

11.05.2023
2880
Paylaş:

Mayın 10-da “AHF Arena” da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan kuboku yarışının açılış mərasimi olub.
Azərbaycan Həndbol Federasiyasının kollektivi əvvəlcə Fəxri xiyabanı ziyarət edərək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,  xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftolmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.  
Yarışın açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutduğunu və  bütün sahələrdə olduğu kimi idmanda da  köklü dəyişiklərin  aparılmasında müstəsna xidmətlər göstərdiyini söyləyiblər. Həmçinin vurğulanıb ki, müasir müstəqil dövlətimizin hərtərəfli inkişafının əsasını qoyan Ulu Öndərin vaxtilə müəyyənləşdirdiyi strateji vəzifələr  bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyilə  uğurla həyata keçirilir.   
Dövlət himni səsləndirildikdən sonra tədbir bədii hissə ilə davam etdirilib.
Ardınca  dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Azərbaycan kuboku yarışı açıq elan edildikdən sonra komandalar yarış meydançasına dəvət olunublar.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa  7-si kişilərdən, 5-i qadınlardan ibarət olmaqla  12 komanda qatılıb. 
İlkin mərhələnin nəticələrinə əsasən yarımfinala yüksələn komandalar finalçıları müəyyənləşdiriblər. Qadınların turnirində “Azəryol” “Azərsu”nu 27:8, “Qarabağ” “İdman Akademiyası”nı 27:23 hesabı ilə məğlub edib. Kişilərin mübarizəsində isə “Məhsul”a 30:23 hesabı ilə qalib gələn “İdman Akademiyası” ilə “Bakı”nı 34:27 hesabı ilə üstələyən “Təhsil” finala yüksəlib.

Digər Xəbərlər

Azərbaycan birinciliyinin zona yarışı başa çatıb

1976 09.05.2024

İsgəndər Əsgərov Türkiyə -Norveç oyununa təyinat alıb

156 12.05.2026

Bakı EHF kuboku yarışlarında cavab görüşünü keçirib

2484 29.10.2022

Qadın həndbolçulardan ibarət “Nur” klubu Avropa Həndbol Federasiyası kubokunda növbəti oyununu keçirib

2788 16.10.2017

"Kür" və "Azəryol"dan böyükhesablı qələbə

380 06.12.2025

Azad Rəhimov vəfat edib

2716 01.05.2021

Həndbol üzrə milli komandamızın rəqibləri müəyyənləşib

2903 15.10.2018

Saleh Məmmədov EHF rəhbərliyi ilə görüşüb

2235 28.05.2024