Azərbaycan çempionu yeni mövsümə qələbə ilə başladı

14.09.2024
1755
Paylaş:

Qadın həndbolçuların XXXI Azərbaycan çempionatının ilk turunda maraqlı görüşlərdən biri “Azəryol” və “Qarabağ” komandaları arasında olub. “AHF Arena”da keçirilən mərkəzi oyunu beynəlxalq dərəcəli hakimlər Vaqif Əliyevlə Ələkbər Ağakişiyev idarə edib. Qarşılaşmanın deleqatı isə Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub. Ötən mövsümün qalibi ilə bürünc mükafatçısının görüşü gərgin və maraqlı mübarizə vəd edirdi. Gözlənildiyi kimi oyuna daha inamlı başlayan ölkə çempionu tədricən təşəbbüsə yiyələnib. Hissənin ortalarına doğru bunu hesabda əks etdirməyi bacaran “Qarabağ” fasiləyə 17:10 hesablı üstünlüklə yollanıb. Qarşılaşmanın ikinci hissəsi daha maraqlı mübarizə ilə yadda qalıb. Xeyli fəallaşan “Azəryol” komandası geriliyi aradan qaldırmaq üçün yüksək əzmkarlıq göstərib. Nominal qonaqlar rəqibin təhlükəli həmlələrini dəf edərkən kobudluqdan da çəkinməyiblər ki, bu, qırmızı vərəqəyə də gətirib çıxarıb. 54-cü dəqiqədə Leyla İbrahimovanın meydançadan kənarlaşdırılması “Azəryol” üçün say üstünlüyü qazandırsa da, qapıçı İrina Pançenkonun həm bu, həm də digər oyun epizodlarındakı inamlı çıxışı nəticəyə təsirsiz ötüşməyib. Vəziyyəti dəyişmək istəyən “Azəryol” çox çalışsa da, gücü yalnız fərqi 3 topadək endirməyə çatıb. Beləliklə, “Qarabağ” mövsümə 26:23 hesablı qələbə ilə başlayıb.
Kişi həndbolçulardan ibarət “Kür” komandası da, yeni mövsümə uğurla start verib. İlk turda “Qarabağ”ın qonağı olan Mingəçevir təmsilçisi azarkeşlərini 45:19 hesablı qələbə ilə sevindirib.

Digər Xəbərlər

Qızlar arasında həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

3221 23.09.2022

Azərbaycan Həndbol Federasiyasında Hakimlər Kollegiyasının iclası keçirilib

452 03.11.2025

"Azərsu" ilə "Azəryol" münasibətləri aydınlaşdıra bilmədi

2782 13.01.2018

Azərbaycan Kubokunun 1/4 final  mərhələsinə yekun vurulub

782 20.09.2025

Azərbaycan çempionatı: IV turun son oyunlarının nəticələri

2762 09.12.2023

Qadın həndbolçularımıza Danimarkanın “Hummel” şirkətinin mükafatları təqdim olunub

2596 09.06.2017

“Bakı-2017”: Qadın həndbolçularımız finalın bir addımlığında

3025 13.05.2017

Təcrübəli həndbolçunun karyerasında yeni mərhələ

494 09.10.2025