Azərbaycan çempionatı: “Kür” mövsümdə ilk dəfə məğlub oldu

19.02.2024
167
Paylaş:

Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti oyunlar olub. 
Qadınların yarışında 11-ci tura “Qarabağ” - “İdman Akademiyası” görüşü ilə start verilib. Gözlənildiyi kimi liderin tam üstünlüyü ilə keçən qarşılaşma 44:14 hesabı ilə başa çatıb. Çempionluq uğrunda mübarizə aparan “Azəryol”la “Kür” daha gərgin və maraqlı oyun nümayiş etdirib. Fasiləyə 5 xallıq üstünlüklə yollanan Mingəçevir həndbolçuları ikinci hissədə də təşəbbüsü əldən verməyiblər. Nəticədə qonaqlar oyundan qələbə ilə ayrılıblar - 33:30. 
Xallarının sayını 20-ə çatdıran “Qarabağ” ilk pillədədir. Ondan 3 xal geri qalan “Kür” ikinci, hesabında 15 xalı olan “Azəryol” isə 3-cüdür. “İdman Akademiyası” 8 xalla 4-cü yerdədir. “Bakı” 4 xalla 5-ci, hələ də xal qazana bilməyən “Gənclər Birliyi” autsayderdir. 
Kişi həndbolçuların 11-ci turunda “Bakı” “Qarabağ”la qarşılaşıb. Qonşu pillələrdə qərarlaşan bu komandaların mübarizəsi nominal meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Görüşə yaxşı başlayan Bakı həndbolçuları ilk hissədə böyük üstünlük əldə ediblər - 19:10. Fasilədən sonra bir qədər fəallaşan “Qarabağ” fərqi azaltsa da, yekunda uğur qazana bilməyib - 31:27. 
Turun ən maraqlı qarşılaşması Mingəçevirdə olub. Çempionatın lideri “Kür” doğma azarkeşləri önündə “Azəryol”u qəbul edib. Komandanın əsas rəqiblərindən sayılan “Azəryol” inamlı oyunla Mingəçevir həndbolçularını məyus edib. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən qonaqlar birinci hissəni minimal üstünlüklə başa vurub - 18:17. “Azəryol” ikinci yarıda daha yaxşı təsir bağışlayıb. Xüsusilə qapıçı Hüseyn Qafarov bir neçə epizodda inamlı oyunu ilə komandasının qələbəsinə tövhəsini verib. Beləliklə gərgin mübarizə “Azəryol”un 34:28 hesabı ilə yekunlaşıb. Qeyd edək ki, bu, “Kür”ün cari mövsümdə ilk məğlubiyyəti olub. 
Xal itkisinə baxmayaraq Mingəçevir klubu 17 xalla liderdir. Hərəyə 14 xalı olan Azəryol”la “Bakı” 2-ci - 3-cü yerləri bölüşür. “Qarabağ” 11 xalla 4-cü yerdə qərarlaşıb. “Dinamo” və “İdman Akademiyası”nın 3 xalı var. “Təhsil” isə cəmi 2 xal toplaya bilib.

Digər Xəbərlər

Avropa çempionatı: BIH (Bosniya və Herseqovina) - AZE (Azərbaycan) 61:17

491 07.08.2023

“Azəryol” komandasından növbəti qələbə

837 10.11.2018

Məktəblilər arasında həndbol üzrə turnir başa çatıb

959 07.05.2019

AHF-nin iclası keçirilib

445 12.09.2023

Hakimlərimiz “Challenge Cup” turnirinin final matçında

684 02.05.2018

Avropa Kuboku: “Azəryol” (Azərbaycan) – “Brixen” (İtaliya) 22:43

426 20.10.2023

Xocalı soyqırımı - qan yaddaşımız!

139 26.02.2024

"Bakı" inamlı qələbə çalıb

731 18.02.2018