Bakıda 17 yaşadək həndbolçu qızların Avropa çempionatı başlayır

04.08.2023
491
Paylaş:

Sabah Bakıda 17 yaşadək həndbolçu qızların Avropa çempionatına start veriləcək. Bakı İdman Sarayında təşkil olunacaq yarışın açılış mərasimi saat 17:15-də olacaq. Ardınca milli komandamız Gürcüstan seçməsi ilə oyuna çıxacaq. Görüşün start fiti saat 18:30-da səslənəcək. Bu oyundan əvvəl isə daha 3 qarşılaşma olacaq. Saat 11:15-də Farer adaları Yunanıstanla, 13:30-da Lüksemburq İsraillə, 15:45-də Sloveniya Bosniya və Herseqovina ilə üz-üzə gələcək.
Qeyd edək ki, avqustun 13-dək davam edəcək qitə çempionatında Azərbaycan, Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan milliləri “A” qrupunda, İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları isə “B” qrupunda mübarizə aparacaq.

Digər Xəbərlər

"Nur" gərgin mübarizədən qalib ayrıldı

646 09.02.2018

“Məhsul” Azərbaycan çempionudur

810 15.04.2019

Həndbolçularımız İslam Həmrəyliyi oyunlarına hazırlaşırlar

700 09.02.2017

Tanınmış həndbol mütəxəssisi dünyasını dəyişib

581 02.11.2022

Seçmə komandamız Rusiyanın “Rostov–2” komandasını məğlubiyyətə uğradıb

650 29.04.2017

Həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub

705 01.05.2022

Liderlərin mübarizəsindən "Məhsul" qalib ayrılıb

657 14.12.2019

"Azəryol" "Challenge Cup” turnirində cavab oyununu keçirib

745 19.11.2018