Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti qarşılaşmalar olub. 8-ci turun ilk oyununda U-18 və “Təhsil” komandaları üz-üzə gəliblər.
Gərgin mübarizə şəraitində keçən görüş nominal qonaqların qələbəsi ilə nəticələnib. Çempionatın autsayderi çox çalışsa da, növbəti məğlubiyyətdən qurtula bilməyib - 24:27.
Günün ikinci görüşü daha böyük maraqla gözlənilirdi – “Məhsul” – “Bakı”. Bu tur ərəfəsində eyni xala malik olan rəqiblərin oyunu gərgin mübarizədən xəbər verirdi. Bu cür düşünənlər yanılmayıblar. Çempionluğa əsas namizədlərin növbəti duelində də azarkeşlər maraqlı idman tamaşasının şahidi olublar. Qarşılıqlı hücumlardan daha səmərəli faydalanan “Məhsul” görüşü qələbə ilə başa vurub – 28:25.
Əsas rəqibi üzərində qələbə qazanan “Məhsul” 14 xalla çempionatın lideridir. “Bakı” 12 xalla ikici yerdə qərarlaşıb. “Təhsil” 3 xalla 3-ci pillənin sahibidir. U-18 komandasının aktivində isə cəmi 1 xal var.
Dekabrın 21-də keçiriləcək 9-cu turun oyunlarında “Məhsul” U-18 komandasını, “Bakı” isə “Təhsil”i sınağa çəkəcək.
22.07.2026
22 İyul - Milli Mətbuat Günüdür
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
Həndbol qaydaları Azərbaycan dilində çapdan çıxıb
303
06.04.2026
“Nur” daha bir inamlı qələbə qazanıb
2818
25.02.2018
“Azəryol” həndbolçuları ölkə çempionatında növbəti qələbəni qazanıblar
2808
13.11.2019
Hakimlərimiz Avropa Kubokunda
1608
25.11.2024
Ölkə çempionatı: "Kür" - "İdman Akademiyası" 39:23 (18:10)
324
08.02.2026
Liderdən növbəti qələbə
2630
25.02.2023
Avropa çempionatı: LTU (Litva) - ESP (İspaniya) 19:41
2767
12.08.2023
AÇ-2024-ün seçmə mərhələsi: İspaniya - Azərbaycan 42:16
2442
07.04.2024