Qız həndbolçulardan ibarət millimiz Avropa çempionatına hazırlaşır

02.03.2023
705
Paylaş:

17 yaşadək qızlardan ibarət milli həndbol komandamız Avropa çempionatına hazırlığı davam etdirir. Baş məşqçi Sergey Kambur və köməkçisi Sakinat Abbasovanın rəhbərliyi ilə  "AHF Arena"da keçirilən təlim-məşq toplanışına 18 həndbolçu cəlb edilib. Təlim-məşq toplanışında komandanın fiziki və taktiki-texniki hazırlığına önəm verilir. Hazırlığın növbəti mərhələsi 18-28 mart tarixində Göygöl Olimpiya Kompleksində təşkil olunacaq.


Qeyd edək ki, 17 yaşadək qızların Avropa çempionatı avqustun 5-dən 13-dək Bakıda keçiriləcək. Millimiz "A" qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.
"B" qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları  komandaları mübarizə aparacaqlar.

Digər Xəbərlər

Avropa çempionatı: Farer adaları - Yunanıstan 27:22

469 05.08.2023

Yeniyetmələr arasında həndbol üzrə növbəti görüşlər keçirilib

765 04.06.2022

"Azəryol" liderliyi davam etdirir

659 13.02.2020

"Qarabağ" - "Azərsu" matçında gərgin mübarizə

606 08.04.2018

Yeniyetmələrin həndbol yarışında favoritlər qalib gəliblər

655 15.04.2017

Favoritlərin inamlı qələbələri

660 13.03.2023

Azərbaycan Həndbol Federasiyasında dopinqlə mübarizə mövzusunda tədbir keçirilib  

846 07.12.2018

Hakimlərimiz “Sloga Pojeqa”-“Lokomotiv” oyununu idarə edəcəklər

671 07.02.2017