“İdman Akademiyası” komandası Azərbaycan çempionatında liderliyi davam etdirir

13.02.2023
761
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizə davam edir.
13-cü turun oyunlarından əvvəl Türkiyədə baş verən dəhşətli zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. 
“Bakı” – “İdman Akademiyası” görüşü daha gərgin mübarizə şəraitində keçib. Fasiləyədək 6 xallıq üstünlük qazanan tələbələr ikinci hissədə rəqibin vəziyyəti dəyişmək istəyinə imkan verməyiblər. Oyun  36:31 hesabı ilə “İdman Akademiyası” həndbolçularının qələbəsi ilə nəticələnib. 
Turun RİOEUGİM  - “Təhsil” görüşündə meydançaya favorit qismində çıxan nominal qonaqlar inamlı qələbə qazanıblar. Məsələyə ilk hissədə aydınlıq gətirən “Təhsil” qalan vaxtda da üstünlüyü əldən verməyib -  29:55.
Çempionatın 14-cü turu da favoritlərin qələbəsi ilə başa çatıb. Daha inamlı oyun nümayiş etdirən “Təhsil” - RİOEUGİM-i 58-31 hesabı ilə məğlub edib. 
“İdman Akademiyası” – “Bakı” görüşündə də yüksək əzmkarlıq göstərən “İdman Akademiyası” komandası pərəstişkarlarını sevindirib – 39:25.
“İdman Akademiyası” 27 xalla liderliyi davam etdirir. Hərəyə 21 xalı olan “Məhsul” və “Təhsil” komandaları ikinci-üçüncü yerləri bölüşür.
 “Dinamo” 12 xalla 4-cüdür. RİOEUGİM  və “U-16”-nın hərəyə 3 xalı var. “Bakı” 1 xalla son pillədə qərarlaşıb.

Digər Xəbərlər

Avropa çempionatı: BIH (Bosniya və Herseqovina) - GRE (Yunanıstan) 32:30

464 12.08.2023

“Azərsu” vahid liderliyə yüksəldi

780 09.02.2019

Həndbol üzrə yığma komandanın hazırlığı davam edir

743 16.06.2022

Həndbol üzrə Avropa çempionatı davam edir

497 06.08.2023

Həndbol üzrə Azərbaycan kuboku turnirinə start verilib

782 14.12.2018

Lüdmila Şubina Fəxri fərmanla təltif edilib

292 09.10.2023

Beynəlxalq dərəcəli hakimlərimizə yeni təyinatlar gəlib

737 06.10.2017

Avropa çempionatı: İsrail - Farer adaları 22:38

498 06.08.2023