Həndbol üzrə Bakı şəhər birinciliyinə yekun vurulub

30.01.2023
2510
Paylaş:

2 fevral - Gənclər Günü münasibəti ilə “AHF Arena”da həndbol üzrə 9 komandanın iştirakı ilə 2008-2009-cu il təvəllüdlü və daha kiçik yaşlı yeniyetmə oğlanlar və qızlar arasında həndbol üzrə Bakı şəhər birinciliyinə yekun vurulub.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və AHF-nin birgə təşkilatçılığı ilə keçirilən yarışda Respublika Kompleks İdman Məktəbinin (RKİM) komandası, 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçiləri, 6 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) həndbolçuları iştirak ediblər.
Yarışın son günündə qızların turnirində 6 saylı İOEUGİM-1 kollektivi 2 saylı RİOEUGİM-1 komandasına 14-7, 2 saylı RİOEUGİM-1 6 saylı İOEUGİM-3 komandasına 10-5 hesabı ilə qalib gəlib.
Oğlanların turnirində isə 2 saylı RİOEUGİM 6 saylı İOEUGİM-2 kollektivini məğlub edib – 13:6.
Bağlanış mərasimində çıxış edən AHF-nin idman şöbəsinin müdiri İsgəndər Əsgərov, Olimpiya çempionu Lüdmila Şubina və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev iştirakçıları təbrik edərək onlara qarşıdakı yarışlarda da uğurlar arzulayıb.
Bakı birinciliyinin yekunlarına əsasən 6 saylı İOEUGİM-1 komandası qızların yarışında baş mükafata layiq görülüb. 6 saylı İOEUGİM-2 ikinci, 2 saylı RİOEUGİM-1 üçüncü yeri tutub.
Oğlanların yarışı 6 saylı İOEUGİM-1 komandasının qələbəsi ilə yekunlaşıb. 2 saylı RİOEUGİM gümüş, 6 saylı İOEUGİM-2 bürünc medallara layiq görülüb.
Qeyd edək ki, ilk üçlükdə qərarlaşan komandalar respublika birinciliyində iştirak hüququ qazanıblar.

Digər Xəbərlər

Azərbaycan çempionatında ikinci dövrə yekunlaşıb

2445 12.01.2019

"Qarabağ" "Kür"ə, "Azəryol" "Bakı"ya qalib gəldi

1549 03.05.2025

Azərbaycan Həndbol Federasiyasının nümayəndələri paytaxtda və bölgələrdə görüşlər keçiriblər

2729 07.02.2017

"Azəryol" ciddi sınaq qarşısında

2654 30.08.2019

Favoritlərin növbəti qələbəsi

2530 25.11.2019

"Bakı" və "Azəryol"dan növbəti qələbə

1309 30.03.2025

“Bakı” final mərhələsinə qələbə ilə başladı

1569 11.01.2025

Baş məşqçi: Uğurlu nəticəyə nail olmaq üçün əlimizdən gələni edirik

130 25.04.2026