“Bakı” final mərhələsinə qələbə ilə başladı

11.01.2025
1566
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatında final mərhələsinə start verilib. Reqlamentə əsasən yarışın ilk hissəsinin nəticələrinə görə ilk dördlükdə qərarlaşan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar. 
X turun mərkəzi görüşündə “Azəryol” və “Bakı” komandaları üz-üzə gəliblər. “AHF Arena”da keçirilən oyunu beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Vaqif Əliyev idarə edib. Matçın deleqatı isə Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub.
Gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalan görüşün əvvəli xala-xal prinsipli oyunla müşayiət olunub, amma tədricən təşəbbüsə yiyələnən “Bakı” 7-ci dəqiqədən etibarən hesab arasındakı fərqi artırmağa başlayıb. “Azəryol” geriliyi aradan qaldırmağa çalışsa da istəyini reallaşdıra bilməyib. Sabir Nəzərəliyev və komanda yoldaşlarının təhlükəli həmlələri fasiləyə nominal qonaqları üstün yollayıb – 19:14.
İkinci hissədə bir qədər fəallaşan “Azəryol” vəziyyəti dəyişmək üçün irəli atılıb. Hissənin ortalarında Vidadi Əliyevin komandası fərqi iki topa da endirməyi bacarsa da, artığına gücü çatmayıb. Yenidən üstünlüyü ələ alan “Bakı” daha inamlı oyun sayəsində görüşü qələbə ilə başa vurub – 36:30. Günün digər qarşılaşmasında "Dinamo" U-17 komandasına 44:31 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər

Ümummilli Lider Heydər Əliyevi dərin hörmətlə anırıq!

109 10.05.2026

Həndbol üzrə Bakı şəhər birinciliyinə start verilib

3051 26.01.2023

VII turun növbəti oyunlarının nəticələri

2353 13.01.2024

Ulu öndərin xatirəsinə həsr olunan həndbol turniri başa çatıb

2650 11.05.2018

Həndbol üzrə seminara yekun vurulub

2610 26.05.2022

Həndbolçularımız beynəlxalq turnirin gümüş medallarını qazanıblar

2775 28.02.2020

"Qarabağ" maksimum nəticə göstərən yeganə komandadır

108 01.05.2026

"Azəryol" vahid liderliyə yiyələndi

2677 11.12.2019