Kişi həndbolçuların Azərbaycan çempionatında final mərhələsinə start verilib. Reqlamentə əsasən yarışın ilk hissəsinin nəticələrinə görə ilk dördlükdə qərarlaşan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar.
X turun mərkəzi görüşündə “Azəryol” və “Bakı” komandaları üz-üzə gəliblər. “AHF Arena”da keçirilən oyunu beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Vaqif Əliyev idarə edib. Matçın deleqatı isə Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub.
Gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalan görüşün əvvəli xala-xal prinsipli oyunla müşayiət olunub, amma tədricən təşəbbüsə yiyələnən “Bakı” 7-ci dəqiqədən etibarən hesab arasındakı fərqi artırmağa başlayıb. “Azəryol” geriliyi aradan qaldırmağa çalışsa da istəyini reallaşdıra bilməyib. Sabir Nəzərəliyev və komanda yoldaşlarının təhlükəli həmlələri fasiləyə nominal qonaqları üstün yollayıb – 19:14.
İkinci hissədə bir qədər fəallaşan “Azəryol” vəziyyəti dəyişmək üçün irəli atılıb. Hissənin ortalarında Vidadi Əliyevin komandası fərqi iki topa da endirməyi bacarsa da, artığına gücü çatmayıb. Yenidən üstünlüyü ələ alan “Bakı” daha inamlı oyun sayəsində görüşü qələbə ilə başa vurub – 36:30. Günün digər qarşılaşmasında "Dinamo" U-17 komandasına 44:31 hesabı ilə qalib gəlib.
“Nur” komandası növbəti yoxlama oyununu da qələbə ilə bitirib
1298 09.09.2017
Azərbaycan Həndbol Federasiyası regionlardakı məşqçilər üçün seminar keçirib
67 21.01.2025
XXXI Azərbaycan çempionatı: VI turun oyun cədvəli
222 01.11.2024
Yeniyetmə həndbolçular arasında Azərbaycan və Bakı birinciliyinə yekun vurulub
1135 05.06.2022
"Məhsul"la "Bakı"dan növbəti qələbə
1132 28.01.2018
Milli komandamız növbəti matça çıxıb
874 14.10.2023
Həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək
323 11.09.2024
"Bakı” həndbol komandası “Çağırış kuboku” uğrunda mübarizəyə başlayır
1634 12.10.2018