Yeniyetmə həndbolçular arasında Azərbaycan və Bakı birinciliyinə yekun vurulub

05.06.2022
2625
Paylaş:

Şağan  Olimpiya  İdman  Kompleksində   2006-2008-ci  il  təvəllüdlü  oğlanlar   arasında  həndbol  üzrə  Azərbaycan  birinciliyi   və  2006-cı  il  təvəllüdlü  və  ondan  kiçik  yaşlı  yeniyetmə  qızlar  arasında  28  may  -  Müstəqillik  Gününə  həsr  olunmuş  Bakı  şəhər  birinciliyinə  yekun  vurulub.

Yarışın  son  günündə  keçirilən  oyunlarda  oğlanlardan  ibarət  “Bakı  1”  (Təhsil  yığması)  “Bakı  2”  (6  saylı  İOEUGİM)  komandasını  26:8,  “Gəncə”  “Bakı  3”  komandasını  26:18  hesabı  ilə  məğlub  edib.  Digər  görüşlərdə  “Bakı  2”  (6  saylı  İOEUGİM)  “Bakı  3”ə  19:9,  “Bakı  1”  (Təhsil  yığması)  “Mingəçevir”ə  24:16  hesabı  ilə  qalib  gəlib.

Qızların  yarışında  isə  "2  saylı  İOEUGİM"  "6  saylı  İOEUGİM-2"  komandası  üzərində  qələbə  çalıb  –  14:9.

Nəticələrə  əsasən,  “Bakı  1”  (Təhsil  yığması)  komandası  2006-2008-ci  il  təvəllüdlü  oğlanlar   arasında  həndbol  üzrə  Azərbaycan  birinciliyinin  qalibi  adını  qazanıb.  İlk  üçlüyü  “Bakı  2”  (6  saylı  İOEUGİM)  və  “Gəncə”  komandaları  qapayıblar.

2006-cı  il  təvəllüdlü  və  ondan  kiçik  yaşlı  yeniyetmə  qızlar  arasında  28  may  -  Müstəqillik  Gününə  həsr  olunmuş  Bakı  şəhər  birinciliyi  isə,  "2  saylı  İOEUGİM"  kollektivinin  qələbəsi  ilə  yekunlaşıb.  2-ci-3-cü  yerləri  müvafiq  olaraq  "6  saylı  İOEUGİM-1"  və  "6  saylı  İOEUGİM-2"  komandaları  tutublar.

Bağlanış  mərasimində  qalibləri  təbrik  edən  Azərbaycan  Həndbol  Federasiyasının  İdman  Şöbəsinin  müdiri  İsgəndər  Əsgərov  onlara  qarşıdakı  yarışlarda  da  uğurlar  arzulayıb.  Federasiyanın  baş  katibi  Yusif  Atakişiyev,  həmçinin  Bakı  Şəhər  Gənclər  və  İdman  Baş  İdarəsinin  rəis  müavini  Rəşad  Əliyevin  də  qatıldığı  mükafatlandırma  mərasimində  idmançılara  diplom,  medal  və  hədiyyələr  təqdim  olunub.



                                                             

Digər Xəbərlər

Hakimlərimiz beynəlxalq oyunda

2620 13.10.2019

Həndbol üzrə XXIX Azərbaycan kuboku yarışının açılış mərasimi olub

2881 11.05.2023

"Azəryol" Azərbaycan çempionudur

1352 17.05.2025

2025-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirilib

411 23.12.2025

Qadın həndbolçuların ölkə çempionatında II turdan sonra turnir cədvəli

432 15.12.2025

Həndbol üzrə yeni mövsümə start verilir

513 06.11.2025

Azərbaycan çempionatında XI turun təqvimi

2412 16.02.2024

Bakıda həndbol üzrə ölkə birinciliyinin final mərhələsi başlayır

1598 05.06.2025