Həndbol üzrə seminara yekun vurulub

26.05.2022
2641
Paylaş:

Azərbaycan  Həndbol  Federasiyasının  hakim vəzifəsinə  namizədlərin  seçilməsi  üçün  təşkil  etdiyi  seminara  yekun  vurulub.

Seminar  hakimlik  və  yarış  qaydalarında  olan  yenilikləri  iştirakçıların  diqqətinə  çatdırmaq  məqsədi  daşıyır.

Sonda  30-a   yaxın  namizəd  imtahan  verib.

Fərqlənənlərə  AHF-nin  sertifikatlarını   təqdim  edən   Bədən  Tərbiyəsi  və  İdman  Akademiyasının  prorektoru  Fərid  Mansurov  və   həndbol  üzrə olimpiya  çempionu  Lyudmila  Şubina  onları  təbrik  edib,  gələcək  fəaliyyətlərində  uğurlar  arzulayıb.

Iki  gün  davam  edən  seminarın  lektorları  beynəlxalq  dərəcəli  hakimlərimiz  İsgəndər  Əsgərov,  Ələkbər  Ağakişiyev,  Vaqif  Əliyev  və  Ernest  Ağakişi  olub.

Qeyd  edək  ki,  AHF  tərəfindən  analoji  seminarların  davamlı  olaraq   təşkil  olunması  nəzərdə  tutulub.

                   

Digər Xəbərlər

"Nur" - "Azərsu" oyununda qalib müəyyənləşmədi

2853 30.03.2018

Hakimlərimiz növbəti təyinat alıblar

2577 06.03.2018

Hakimlərimiz beynəlxalq oyunda

2623 13.10.2019

Həndbol üzrə Azərbaycan çempionatına hazırlıqla bağlı müzakirələr aparılıb

2575 02.02.2017

Ölkə çempionatı: VIII turun nəticələri

224 21.02.2026

“Qarabağ” çətin dueldən qələbə ilə ayrıldı

1917 20.04.2024

Avropa çempionatı: GEO (Gürcüstan) - BİH (Bosniya və Herseqovina) 20:38

2427 10.08.2023

Azərbaycan çempionatında növbəti turların nəticələri

1581 23.01.2025