Kişi həndbolçuların respublika çempionatında mübarizə davam edir. Yarışın 6-cı turu favoritlərin qələbəsi ilə yadda qalıb. Son ölkə çempionu “Məhsul” autsayder U-18 komandası ilə görüşdə ciddi müqavimətlə üzləşməyib. Rəqibi bütün göstəricilərdə üstələyən “Məhsul” 32:22 hesabı ilə qalib gəlib.
“Bakı” – “Təhsil” matçında isə nominal ev sahibinin imkanları daha yüksək qiymətləndirilirdi. Çempionluq uğrunda mübarizə aparan “Bakı”, xal ehtiyatını artırmaq fürsətini qaçırmayıb. Təcrübəli rəqibin kəskin hücumlarını dəf etməkdə çətinlik çəkən “Təhsil” həndbolçuları növbəti məğlubiyətlə barışmalı olublar – 30:18.
Bu qələbə ilə xal sayını 10-a çatdıran “Bakı” yarış cədvəlinə başçılıq edir. Eyni xala malik “Məhsul” ikinci pillədə qərarlaşıb. 3 xalı olan “Təhsil” 3-cü yerin sahibidir. Autsayder U-18-in aktivində isə 1 xal var.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Həndbol komandalarımızın təlim-məşq toplanışlarına start verilir
2911
31.07.2018
Bakıda beynəlxalq turnir keçiriləcək
1844
27.08.2024
Yeniyetmələr arasında həndbol üzrə Azərbaycan birinciliyi keçiriləcək
2802
01.06.2022
Həndbolçularımızın Krasnodar sınaqları davam edir
2886
08.02.2018
Gərgin mübarizədə qalib müəyyənləşmədi
2204
30.03.2024
"Qarabağ"ın üzvü "Kür"ə keçdi
1388
08.09.2025
"Bakı” həndbol komandası “Çağırış kuboku” uğrunda mübarizəyə başlayır
3138
12.10.2018
Azərbaycanın qadın həndbolçuları "Konya-2021"ə qələbə ilə başlayıblar
3147
07.08.2022