Həndbolçularımızın Krasnodar sınaqları davam edir

08.02.2018
2901
Paylaş:

2002-2003-cü  il  təvəllüdlü  qızlardan  ibarət  həndbol  seçməmiz  Rusiyanın  Krasnodar  şəhərindədir.  Xəbər  verdiyimiz  kimi,  komandamız  sözügedən  şəhərdə  keçirilən  beynəlxalq  turnirdə  qüvvəsini  sınayır.  Həndbolçularımız  artıq  iki  oyunda  bacarıqlarını  göstəriblər.  Fevralın  7-də  meydança  sahibələri  ilə  (2002-2003-cü  il  təvəllüdlü  qızlar)  üz-üzə  gələn  komandamız  gərgin  mübarizə  ilə  yadda  qalan  görüşdə  məğlubiyətlə  barışıb  -  24:25.  Ertəsi  gün  keçirilən  qarşılaşma  da  gərgin  və  maraqlı  mübarizəyə  səhnə  olub.   Həndbolçularımız  2002-ci  il  təvəllüdlü  rəqibləri  ilə  oyundan  sülhlə  ayrılıblar.  Hər  iki  komandanın  səyinə  rəğmən  qalib  müəyyənləşməyib  -  22:22.
Xatırladaq  ki,  turnir  fevralın  12-də  başa  çatacaq.

Digər Xəbərlər

Azərbaycan kuboku turnirində növbəti oyunlar olub

2921 15.12.2018

“Qarabağ” Mingəçevirdən xalla qayıtdı

1290 06.04.2025

Həndbol üzrə Azərbaycan çempionatına start verilib

557 07.11.2025

“Azəryol” həndbol komandası Lüksemburqun “HB Düdelanj” klubu ilə qarşılaşacaq

2533 02.11.2017

Ölkə çempionatı: "Dinamo"-"Təhsil" 32:31 (16:13)

380 24.01.2026

“Nur” yoxlama oyununda “Qarabağ”a qalib gəlib

2492 08.09.2017

"Qarabağ"ın üzvü "Kür"ə keçdi

1396 08.09.2025

"Qarabağ" "Kür"ə, "Azəryol" "Bakı"ya qalib gəldi

1611 03.05.2025