Favoritlərin növbəti qələbəsi

25.11.2019
667
Paylaş:

Kişi  həndbolçuların  respublika  çempionatında  mübarizə  davam  edir.  Yarışın  6-cı  turu  favoritlərin  qələbəsi  ilə  yadda  qalıb.  Son  ölkə  çempionu  “Məhsul”   autsayder  U-18  komandası  ilə  görüşdə  ciddi  müqavimətlə  üzləşməyib.  Rəqibi  bütün  göstəricilərdə  üstələyən  “Məhsul”  32:22  hesabı  ilə  qalib  gəlib.

“Bakı”  –  “Təhsil”  matçında  isə   nominal  ev  sahibinin  imkanları  daha  yüksək  qiymətləndirilirdi.  Çempionluq  uğrunda  mübarizə  aparan  “Bakı”,  xal  ehtiyatını  artırmaq  fürsətini  qaçırmayıb.  Təcrübəli  rəqibin  kəskin  hücumlarını  dəf  etməkdə  çətinlik  çəkən  “Təhsil”  həndbolçuları  növbəti  məğlubiyətlə  barışmalı  olublar  –  30:18.

Bu  qələbə  ilə  xal  sayını  10-a  çatdıran  “Bakı”  yarış  cədvəlinə  başçılıq  edir.  Eyni  xala  malik  “Məhsul”  ikinci  pillədə  qərarlaşıb.  3  xalı  olan  “Təhsil”  3-cü  yerin  sahibidir.  Autsayder  U-18-in  aktivində  isə  1  xal  var.

Digər Xəbərlər

Beynəlxalq dərəcəli hakimlərimiz növbəti təyinatlarını alıblar

630 13.10.2017

Həndbolçularımız Rusiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək

754 30.05.2019

Liderlərdən növbəti qələbə

584 17.02.2018

"Bakı" komandası mübarizəni dayandırıb

811 14.10.2018

Həndbol hakimlərimiz beynəlxalq oyunları idarə edəcəklər

666 15.11.2017

Gənc həndbolçularımız Olimpiya festivalına hazırlaşırlar

682 21.05.2019

Azərbaycan çempionatı: Lider “Kür” mövqeyini möhkəmlədib

156 15.01.2024

Avropa çempionatında qrup mərhələsinə yekun vurulub

334 10.08.2023