Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş həndbol üzrə rayon turnirinə start verilib

09.05.2022
674
Paylaş:

Azərbaycan  Həndbol  Federasiyasının  təşkilatçılığı  ilə  Ulu  Öndər  Heydər  Əliyevin  anadan  olmasının  99-cu  ildönümünə  həsr  olunmuş  həndbol  üzrə  yeniyetmələr  arasında  ənənəvi  rayon  turnirinə  start  verilib.

Göygöl  Olimpiya  İdman  Kompleksində  keçirilən  yarışdan  əvvəl  Azərbaycan  Həndbol  Federasiyasının  prezidenti  Saleh  Məmmədov  və  Göygöl  rayonunun  İcra  hakimiyyətinin  nümayəndəsi  ümummilli  lider  Heydər  Əliyevin  abidəsini  ziyarət  edərək  ulu  öndərin  xatirəsinə  ehtiramlarını  bildiriblər.

Açılış  mərasimində  iştirakçıları  salamlayan  federasiya  prezidenti  Saleh  Məmmədov  ümummilli  lider  Heydər  Əliyevin  Azərbaycana  rəhbərliyi  dövründə  ölkə  idmanının  inkişafında  əvəzsiz  rolundan  və  əldə  olunan  nəticələrdən  söz  açıb.  Ulu  öndərin  bu  sahəyə  göstərdiyi  diqqət  və  qayğıdan  danışan  federasiya  rəhbəri  onun  xatirəsinə  həsr  olunmuş  yarışa  qatılan  həndbolçulara  uğurlar  arzulayıb.

Turnirdə  Gəncə,  Mingəçevir,  Göygöl,  Qazax  və  Ağstafadan  ümumilikdə  6  komandasının  70-ə  yaxın  yeniyetmə  həndbolçusu  qələbə  uğrunda  mübarizə  aparır.
Yarışları  federasiyanın  prezidenti  Saleh  Məmmədovla  yanaşı,  gənclər  və  idman  naziri  Fərid  Qayıbov,  nazir  müavini  Mariana  Vasileva  və  Azərbaycan  Velosiped  Federasiyasının  prezidenti  Mədət  Quliyev  də  izləyib.

Qeyd  edək  ki,  turnirdə  ilk  3  yeri  tutan  həndbolçulara  diplom  və  hədiyyələr  təqdim  olunacaq.  Qalib  və  mükafatçılar  sentyabrda  Bakıda  keçiriləcək  final  mərhələsinə  vəsiqə  qazanacaqlar.

 

 

Digər Xəbərlər

Seçmə komandamız açıq Avropa turnirində ilk qələbəsini qazanıb

668 03.07.2018

Azərbaycan kuboku turnirində növbəti oyunlar keçirilib

636 22.01.2020

Qadın həndbolçularımız təlim-məşq toplanışlarını davam etdirir

629 07.07.2022

Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib

407 07.08.2023

“Qarabağ” favorit statusunu təsdiqlədi

39 28.04.2024

X turun növbəti oyunlarının nəticələri

131 10.02.2024

XXIX Azərbaycan çempionatına kişi həndbolçuların mübarizəsi ilə start verilib

616 11.11.2022

“Challenge Trophy” yarışının qalibi məlumdur

692 06.04.2018