XXIX Azərbaycan çempionatına kişi həndbolçuların mübarizəsi ilə start verilib

11.11.2022
2510
Paylaş:

Noyabrın 12-də həndbol üzrə XXIX Azərbaycan çempionatına start verilib.
“AHF Arena” idman kompleksində keçirilən yarışın açılış mərasimi iştirakçıların paradı ilə başlanılıb.
Açılış mərasimində çıxış edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov AHF-nin prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun adından iştirakçıları yarışın başlanması münasibətilə təbrik edib. O, turnirin həndbolun inkişafına təkan verəcəyinə ümidvar olduğunu söyləyərək komandalara uğurlar arzulayıb.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov növbəti ölkə çempionatından sağlam rəqabət və maraqlı idman mübarizəsi gözlədiklərini bildirib. Nazirlik rəsmisi komanda sayının artırılmasının buna zəmin yaradacağını vurğulayıb.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra turnir açıq elan edilib.
Azərbaycan çempionatı kişilərin yarışı ilə start götürüb. Açılış matçında “Təhsil” “U-16” üzərində inamlı qələbə qazanıb – 49:19. Ardınca meydançaya “Məhsul” və “Bakı” komandaları çıxıblar. Gərgin mübarizə ilə yadda qalan oyun 29:28 hesabı ilə “Məhsul”un xeyrinə başa çatıb. “İdman Akademiyası” – RİOEUGİM görüşündə isə nominal ev sahibi qələbə çalıb – 46:28.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda ümumilikdə 7 kişi (Bakı, Təhsil, Məhsul, İdman Akademiyası, Dinamo, RİOEUGİM, U-16) və 5 qadın (Azəryol, Qarabağ, İdman Akademiyası, Azərsu, U-16) kollektivi mübarizə aparacaq.

Digər Xəbərlər

Həndbol hakimlərimiz yeni təyinat alıblar

2766 19.10.2021

Kişi həndbolçularımız Gürcüstan klubu ilə üz-üzə gəliblər

2718 03.06.2017

Qazaxıstan millisi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirin finalında

1375 02.09.2025

Orxan Abbasov Beynəlxalq Həndbol Federasiyasının Konqresinə qatılacaq

2971 06.11.2017

Avropa Kuboku: Qaliçanka (Ukrayna) - Azəryol (Azərbaycan) 32:16 (19:9)

2189 06.10.2024

İnkişaf etməkdə olan ölkələrin çempionatı: ABŞ- Azərbaycan 45:25 (19:11)

1923 13.03.2025

Azərbaycan çempionatında növbəti görüşlər keçirilib

2550 08.10.2017

Bakıda beynəlxalq həndbol turnirinə start verilib

2676 08.05.2019